Haqqımda

Mirzə Xəzər Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) (29 noyabr, 1947, Göyçay) – görkəmli jurnalist, publisist, naşir, Bibliyanın tərcüməçisi. Mirzə Xəzər dağ yəhudisidir. 1990-cı il yanvar faciəsi (20 yanvar 1990) baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. Hal-hazırda Almaniyanın Münhen şəhərində yaşayır. Evlidir, 3 övladı var.

Əlaqə: mirza_xazar@hotmail.com

 

2,480 total views, 2 views today