MİRZƏ XƏZƏRİN ŞƏRHLƏRİ

Mirzə Xəzər: Mosul Yaxın Şərqin yeni böyük faciəsi, ikinci Hələb fəlakəti…

    Mosul əməliyyatı Tövratda təsvir edilən Babil qülləsi əhvalatına bənzəyir. Müxtəlif millətlər, qövmlər, məzhəblər birləşərək Həqq-Təalaya çatmaq məqsədilə hündür bir qüllə tikməyə qərar verirlər. Çox əlləşirlər. İnsanların bu sərsəm əməlini göydən seyr edən Xuda bu millətlərin dilini çaşdırır. Hər qövm öz dilində danışmağa başlayır. Və biri digərini başa düşmür. Bir-biri ilə vuruşmağa başlayırlar. Nəticədə göyə yüksələn Babil qülləsi yenə sərilir… ...

Read More »

Bura Azərbaycandır! General Çovdarovun evindən 3 dollar pul və təhlükəli silah-sursat tapılıb: üç dənə dəyənək…

Virtualaz.org xəbər verir ki, Çovdarovun evlərində axtarışın aparılmasına dair sanksiya 2015-ci il dekabrın 14-də verilib. Bu sanksiya əsasında onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək aşkar edilərək götürülüb. İstintaqın müəyyən etdiyi kimi bu dəyənəklər zavod üsulu ilə hazırlanıb, “vurucu-əzici xassəyə malik ...

Read More »

Suriyada Ərdoğan-Putin sövdələşməsimin sirri, Obamanın İraqda gizli planları

Vaşinqtondan gələn qəzəbli bəyanatların Hələbdə qırğını dayandıracağına ümid yoxdur. Obama administrasiyasının Hələbdə faciənin qarşısını almaq üçün heç bir hərbi planı olmadığına dair kəşfiyyat mənbələrindən məlumatlar gəlir. Hələbin taleyi və Ərdoğan-Putin sövdələşməsi İsrailin “Debkafile” saytına əsasən, Hələbin “ölümünə” Ərdoğan-Putin görüşündə hökm verilib. Sövdələşmə çox sadədir: Rusiya Türkiyənin Suriyanın şimalında 5000 kvadrat kilometr ərazini işğal etməsinə göz yumacaq və Ərdoğan hökuməti öz ...

Read More »

Şərh: Dekabrda prezident seçkiləri keçiriləcək? İnanmayın…

Azərbaycanda bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlara əsasən konstitusiyaya edilən son dəyişikliklər seçkilərin keçirilməsini zəruri edən amilə çevrilib. Bildirilir ki, xüsusilə də prezidentin səlahiyyətlərinin artırılması ilə bağlı maddələr prezident seçkilərinin keçirilməsini guya labüdləşdirir. Bununla bağlı “Qafqazinfo”ya danışan millət vəkili Fazil Mustafa referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ...

Read More »

“Ağıllı” proqnoz: Neftin qiyməti 40 dollardan yüksək qalarsa, Azərbaycanın valyuta ehtiyatları artacaq

  Azərbaycan Mərkəzi Bankından “Report“a bildirilib ki, gələn ilki büdcənin layihəsində ARDNF-in büdcəyə nəzərdə tutulan 6,1 mlrd. manatlıq transferti diqqətə alınaraq neftin qiymətinin 40 dollardan yüksək olması durumunda valyuta ehtiyatlarında artım davam edəcək. Müdrik proqnozdur! Adam belə məxfi və dəyərli  məlumatı mətbuata verər!!! Bəs, ay yoldaş Mərkəzi Bankın ağıllı iqtisadçısı, axı deyirlər ki, neftin qiyməti 20 dollara düşəcək. Bəs neftin ...

Read More »

Nəhayət ölkədə yoxsulluğun azaldılması üzrə inqilabi islahatların anonsu verildi

Prezident Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb. Dayanıqlı inkişaf proqramı 2030-ci ildək olan dövrü əhatə edir. Məqsəd yoxsulluğun azaldılması və davamlı inkişafa dair proqramlarını qarşıdan gələn 14 il Ərzində icra etməkdir. Beləliklə hakimiyyət “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında, eləcə də ...

Read More »

Atalar və balalar: Varislərin sayı artır

SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev “Səbail” klubunun Müşahidə Şurasının sədri seçilib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ” futbol klubunun prezidentidir. Ziya Məmmədovun oğlu Anar Məmmədovun futbol “imperiyası” Azərbaycan sərhədlərini aşıb. “Bakı” klubundakı mənbələrdən virtualaz.org saytına məlum olub ki, klubun “Hafka”dan alınması prosesi əsasən yekunlaşıb. Nəticədə klubun səhmlərinin 90-95 faizi Ziya Məmmədovun oğlu Anar Məmmədovla Beynəlxalq ...

Read More »

İddia: İsrail Azərbaycana “İsgəndər” raketindən müdafiə sistemi veribmi?

Milli Məclisin deputatı Yevda Abramov 1.news.az saytına bildirib ki, İsrail yaxın vaxtlarda Azərbaycana kod adı “Dəmir günbəz” olan raketdən müdafiə sistemini verəcək. Sevindirici xəbərdir. Deputat iddia edir ki, həmin silah sistemi Azərbaycana yola salınmaq üçün artıq hazırdır və  “bu sistem “İsgəndər” raketlərinin yerə düşməsinə imkan verməyəcək”. Qeyd edək ki, “Dəmir günbəz” raket sistemi Qəzzə bölgəsində kustar üsulla hazırlanan,  HAMAS  terrorçularının ...

Read More »

Nankor Vatikan: Roma Papası Bakıda Qarabağın adını çəkmədi

Roma Papasının Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Dünya katoliklərinin dini rəhbərinin müsəlman ölkəsi olan Azərbaycana səfəri təqdirəllayiqdir və bunu danmaq doğru deyildir. Lakin  Papanın Azərbaycana səfəri zamanı Qarabağın işğalından bəhs etməməsi və hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməməsi  təəccüb doğurur. Azərbaycanın Vatikana maliyyə yardımı göstərdiyi bir zamanda Roma Papasının dini hisslərini boğub, Azərbaycana obyektiv yanaşmaması, sözün həqiqi mənasında, nankorluqdur. ...

Read More »

Qoy mən tox olum özgələr ilə nədir karim: Emin Ağalarov yeni restoran açdı

Azərbaycanlı müğənni-bəstəkar, biznesmen Emin Ağalarov Moskvada “Vegas Krokus Siti” ticarət-əyləncə mərkəzinin daxilində “Maks əmi ilə” (“У дяди Макса”) adlı musiqili uşaq restoranı açıb. “Spletnik.ru”nun verdiyi məlumata görə, E. Ağalarovun ortağı isə rusiyalı bəstəkar, prodüser Maksim Fadeevdir. Restoranın açılışı münasibətilə keçirilən tədbirdə Rusiya şou-biznesinin nümayəndələri- Filipp Kirkorov, Nataliya İonova, “Serebro” qrupu və digərləri uşaqları ilə iştirak edib. Azərbaycanlı biznesmen Araz Ağalarov ...

Read More »