MİRZƏ XƏZƏRİN ŞƏRHLƏRİ

Mingəçevirin icra başçısı Bayramov Niyazi hara qaçıb?

Neçə gündür şəhər qaynayır. Bəhruz Hacıyevin qətli ilə bağlı şəhərdə etiraz nümayişləri keçirilir. Şəhərə daxili qoşunlar yeridilib, fövqəladə vəziyyətdir. Amma şəhərin ağası-icra başçısı Bayramov Niyazi Müzəffər oğlu camaatın qarşısına çıxmır. Hara qaçıb? Niyə gizlənib? Şəhərdə sahibkarlara qan udduran qəhrəman icra başçısı Niyazi Bayramov hardadı? Bəlkə elə düşünür ki, son hadisələrin ona dəxli yoxdur? Özünü aldatmasın… Tapsanız, bizə xəbər verin… Mirzə ...

Read More »

Prezident yenə nəzarətə götürdü və…kütləvi həbslər başladı

  İlham Əliyev yenə nəzarətə götürdü. İlham Əliyev bu dəfə Mingəçevir polis bölməsində Bəhruz Hacıyev müəmmalı şəkildə ölməsi ilə əlaqədar qaldırılan cinayət işini nəzarətə götürdü. Xalqı birtəhər sakitləşdirmək mümkün oldu. Və bir polis işçisi vəzifədən götürüldü, polis rəisinə də töhmət verildi. Və bunun ardınca polis işçilərinəetiraz edənlər arasında kütləvi həbslər başladı. Ədalət zəfər çaldı! Bəli. Eynən Heydər Əliyevin 1970-ci illərdəki ...

Read More »

Dünyanın ən bahalı ve lüks saatları! İlham Əliyevin ən ucuz saatı neçəyədi?

Split Seconds Patek Philippe Reference 1436 – 214,000 Dollar Patek Philippe Ref 5016P – 762,000 Dollar The Breguet Marie Antoinette – $XX,000,000!!!! Jaeger-LeCoultre Gyrotourbillon 1 – $400,000 Vacheron Tour de l’Ile – $1,250,000 Patek Caliber 89 – $5,120,000 Badımcan Qızartması Badımcanları alacalı soyub, dilimləyin. Duzlu suya patlıcanları qoyub, acısını almaq üçün gözlədin. Badımcanlar süzüb, suyunu alın. Qaba zeytunyağını alıb, fırçanı ...

Read More »

Mirzə Xəzər: Fələstin və Azərbaycan. İlham Əliyevin yekə addımlarla qurduğu “cənnət”…

  Həbsxanada şərait bundan yaxşıdır. Əliyevin erməniyə təhvil verdiyi torpaqlardan qaçan azərbaycanlılar üçün yaratdığı CƏNNƏT budur? Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində bir bina var. Əvvəllər göz xəstəxanası olmuş binada indi Ağdam, Füzuli, Laçın, Kəlbəcər və Qubadlıdan olan 100-dən çox qaçqın ailəsi məskunlaşıb. Pəncərəsiz, qapısız, hamamsız, tualetsiz, qəzalı binada yüzlərlə uşaq böyüyür… Gələcəyi olmayan uşaqlar. Hər il ...

Read More »

Osmanlı dövlətini batıran adam – Ənvər Paşa?

Ənvər Paşa haqqında çox yazılıb. Onun fəaliyyəti barədə müxtəlif və bəzən bir-birinə zidd fikirlər söylənib. Tarixi şəxsiyyətdir. İttihad və Tərəqqi Cəmiyyətinin qurucusu və lideri olmuş, Almaniya ilə hərbi ittifaq quraraq Osmanlı dövlətini 1-ci dünya müharibəsinə girişinə yol açmış, müharibə illərində Hərbiyyə naziri vəzifəsi ifa etmiş, 1914-cü ildə Osmanlı padşahı Əbdülməcidin nəvəsinə evlənib xanədanın kürəkəni olmuş, Osmanlı müharibədə məğlub olandan sonra ...

Read More »

Gülməyin! Xədicənin hakimi deyir ki, “Mən müstəqiləm.” Bəs kimə tabedi?

  Xədicə İsmayılın işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmə prosesi zamanı Xədicənin və vəkilinin qaldırdıqları bütün vəsatətləri hakim Ramella Allahverdiyeva əlüstü rədd edib. Sifarişlə işləyən hakimdən fərqli hərəkət tərzi gözləmək sadəlövhlükdür. Bura Azərbaycandır. Avqustun 20-də araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıla qarşı cinayət işi üzrə məhkəmə bir gün öncə ifadəsi yarımçıq qalmış Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədovun çıxışı ...

Read More »

Yazıq Nehrəmli! Həcinin təyyarəsi də yoxdu, yaxtası da

Yazıq Həci publika.az-a gileylənib: “Hazırda mənim heç bir bahalı yaxtam və ya təyyarəm yoxdur, hamı kimi mən də sadə həyat tərzi sürürəm. İnşallah dövlətə olan borcumu qaytarandan sonra özümə yaxşı təyyarə, avtomobil və yaxta alacam.” Yazığın təyyarəsi də yoxdur. Belə ədalətsizlik olar? Kəmaləddinin təyyarəsi olsun, Nehrəmli İbrahimin olmasın; Ziyanın uçan təyyarəsi olsun, Nehrəmlinin olmasın; qardaşlarının təyyarəsi olsun, Həcinin olmasın. Bu ...

Read More »

Azərbaycan: Əcdadları kisəçi olmuş harın milyonçular ölkəsi

“musavat.com” yazır ki, milyonerlərin 90 faizi əcdadlarının pulunu xərcləyir…Azərbaycanda yox, xaricdə! Azərbaycanda isə əcdadları kisəçi olmuş milyonçular xalqdan oğurladıqları pulu xərcləyirlər… *** Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb. Bu kitabı nə Azərbaycanda oxuyan olacaq, nə də xaricdə. Yazsanız nə olar, yazmasanız nə olar, Ramiz müəllim! Dünyanı qınamayın, ikiüzlülük və nankorluq ...

Read More »

Anar Məmmədov ABŞ-da ağac əkir. Bəs lobbiçilik?

Azərbaycan-Amerika Alyansının qızğın fəaliyyəti davam edir. Alyansın prezidenti Anar Məmmədov ötən il ABŞ-da əkdiyi qırmızı ağcaqayın ağacının yanında şəkil çəkdirib. Ayağı ağır oldu. Ağac əkiləndən sonra Vaşinqtondan Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər sərtləşdi. Anar yenə ABŞ-a səfərə hazırlaşır. Bu dəfə nə cür ağac əkəcəyini öyrənmək mümkün olmayıb. Nə əkərsə əksin, nə qədər ziyafət verirsə versin, nə qədər pul səpələyirsə səpələsin, xeyiri ...

Read More »

Tale Heydərov, “Qəbələ” və Rasim Əliyev

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi (adı var, özü yoxdu) və sədri, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumlarin təsisçisi (aman Allah!), Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab (bəsdi!) və topluların tərtibçisi (!), redaktoru (nəyi?) və layihələrin müəllifidir (müəllifi?). Kimdi bu dahi? Ola bilməz! Bu görkəmli ədəbi-ictimai-ticarət-idman-mətbəə korifeyini tanımırsınız? Kitablarını oxumamısınız? Ayıb! Söhbət Tale Heydərovdan gedir. Məlumatı onun ...

Read More »