MİRZƏ XƏZƏRİN ŞƏRHLƏRİ

“Bu adam evində olduğu bir vaxtda baş verən hadisəyə görə həbsdədir”… Video

“Bu adam (Cavid Hüseynov) evində olduğu bir vaxtda baş verən hadisəyə görə həbsdədir. Halbuki baş verən hadisədən hamı kimi sonradan xəbər tutub. Gec-tez ədalət öz yerini tapacaq. Biz buna inanırıq”. Bunu Cavid Hüseynovun vəkili modern.az saytına deyib. “Gec-tez ədalət öz yerini tapacaq”? Ədalət? Hansı ədalət? Vəkilin ədaləti, yoxsa Rasimin ədaləti?  Bəs Cavid Hüseynovun doğrudanmı bu hadisədə heç bir rolu olmayıb? ...

Read More »

Sərsəm dünya: Elmar Hüseynovu unudan Jurnalistlər İttifaqı Amerika jurnalistlərinin hüquqlarını qoruyur

Azərbaycanda Jurnalistlərin Həmkarlar İttifaqı var imiş, xəbəriniz var idi? Yox. Bəli, var. Bu İttifaq Amerika Birləşmiş Ştatlarında baş verən jurnalist və operator ölümü ilə bağlı iri bir hekayə ilə öz mövcudiyyətini ictimaiyyətə bildirmək qərarına gəlib. Hekayənin məğzi odur ki, qatil Vester Lee Flanagan “dissident” olub, onun ifadə azadlığı pozulub və bu səbəbdən iki nəfəri güllələyib, ABŞ KİV-ləri isə bu hadisəni ...

Read More »

Milliyətçi Hərəkat Partiyasında zəlzələ

              MHP-nin Iğdırdan seçilən keçmiş millət vəkili Sinan Oğan partiyanın rəhbərliyini uğursuz siyasətinə görə tənqid etdiyi üçün partiyadan xaric edildi. Milliyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşin böyük oğlu Tuğrul Türkeş Dövlət Bağçalının iradəsinə qarşı çıxaraq Davudoğlunun keçici hökumətində nazir vəzifəsini qəbul etdiyi üçün partiyadan istefa verəcək. Yaxşı əlamət deyildir. Bu hadisələr Milliyyətçi Hərəkat Partiyasında ...

Read More »

İtaliya mətbuatı Cavid Hüseynovun vəkilindən üzr istəyib?

Vəkil Adəm Məmmədov iddia edir ki, İtaliya mətbuatında Rasim Əliyevin ölümündə Cavid Hüseynovun günahkar olması haqqında məqalə dərc olunmuşdu. Lakin Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın yalanlarını ifşa edən açıqlamamdan sonra İtaliya mətbuatında Cavid Hüseynovla bağlı üzrxahlıq mətni yayılıb. Onlar səhv etdiklərini anlayıblar”. Maraqlı bəyanatdı. İtaliya mətbuatını vərəqlədik. Həqiqətən də İtaliyanın bir neçə qəzetində, o cümlədən “Repubblica”, “Gazetta”, “Blitzquotidiano”, “247.libero”, ...

Read More »

Beyonsenin 345 min dollarlıq dikdaban ayaqqabısı və Heydər Əliyev ordeni

  Beyonse (Beyonce) Jizel Noules-Karter Amerianın ən məşhur müğənnisi, bəstəkarı və aktrisasıdır. Dünyaca Beyonse olaraq tanınır. Bahalı geyimləri ilə məşhurdur. Bu yaxınlarda Beyonse 345 min dollarlıq təzə ayaqqabı alıb. Beyonse bu ayaqqabını payızda klip şəkilişində geyəcək. Ayaqqabını ‘Princess Constellation’ firması xüsusi sifarişlə hazırlayıb. Dikdabanın üstündə düz 1290 brilliant daşı var. Ayaqqabının 1000 il qarantiyası var. Beyonsenin o zaman 1034 yaşı ...

Read More »

Flaş! “Azadlıq” radiosundan aztəminatlı ailələrə, pensiyaçılara və qaçqınlara müjdə!!!

“Newsmilli-az” saytı bu il fevralda yazırdı ki, Azərbaycanda pensiyalar və maaşlar qalxacaq! Artıq avqustdur, amma artımdan xəbər-ətər yoxdur… **** “Azadlıq” radiosundan “Range Rover”, “Audi” və BMW-si olan kasıbların nəzərinə: Avtomobiliniz oğurlana bilər. Hakerlər belə avtomobillərin elektron qıfıllanma və immobilayzer sistemindəki boşluqdan istifadə edirlər. Polisin sözlərinə görə, BMW və Range Rover markalı maşınlar xüsusi risk qrupundadırlar. Bu səbəbdən aztəminatlı ailələrə, pensiyaçılara ...

Read More »

Mingəçevirin icra başçısı Bayramov Niyazi hara qaçıb?

Neçə gündür şəhər qaynayır. Bəhruz Hacıyevin qətli ilə bağlı şəhərdə etiraz nümayişləri keçirilir. Şəhərə daxili qoşunlar yeridilib, fövqəladə vəziyyətdir. Amma şəhərin ağası-icra başçısı Bayramov Niyazi Müzəffər oğlu camaatın qarşısına çıxmır. Hara qaçıb? Niyə gizlənib? Şəhərdə sahibkarlara qan udduran qəhrəman icra başçısı Niyazi Bayramov hardadı? Bəlkə elə düşünür ki, son hadisələrin ona dəxli yoxdur? Özünü aldatmasın… Tapsanız, bizə xəbər verin… Mirzə ...

Read More »

Prezident yenə nəzarətə götürdü və…kütləvi həbslər başladı

  İlham Əliyev yenə nəzarətə götürdü. İlham Əliyev bu dəfə Mingəçevir polis bölməsində Bəhruz Hacıyev müəmmalı şəkildə ölməsi ilə əlaqədar qaldırılan cinayət işini nəzarətə götürdü. Xalqı birtəhər sakitləşdirmək mümkün oldu. Və bir polis işçisi vəzifədən götürüldü, polis rəisinə də töhmət verildi. Və bunun ardınca polis işçilərinəetiraz edənlər arasında kütləvi həbslər başladı. Ədalət zəfər çaldı! Bəli. Eynən Heydər Əliyevin 1970-ci illərdəki ...

Read More »

Dünyanın ən bahalı ve lüks saatları! İlham Əliyevin ən ucuz saatı neçəyədi?

Split Seconds Patek Philippe Reference 1436 – 214,000 Dollar Patek Philippe Ref 5016P – 762,000 Dollar The Breguet Marie Antoinette – $XX,000,000!!!! Jaeger-LeCoultre Gyrotourbillon 1 – $400,000 Vacheron Tour de l’Ile – $1,250,000 Patek Caliber 89 – $5,120,000 Badımcan Qızartması Badımcanları alacalı soyub, dilimləyin. Duzlu suya patlıcanları qoyub, acısını almaq üçün gözlədin. Badımcanlar süzüb, suyunu alın. Qaba zeytunyağını alıb, fırçanı ...

Read More »

Mirzə Xəzər: Fələstin və Azərbaycan. İlham Əliyevin yekə addımlarla qurduğu “cənnət”…

  Həbsxanada şərait bundan yaxşıdır. Əliyevin erməniyə təhvil verdiyi torpaqlardan qaçan azərbaycanlılar üçün yaratdığı CƏNNƏT budur? Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində bir bina var. Əvvəllər göz xəstəxanası olmuş binada indi Ağdam, Füzuli, Laçın, Kəlbəcər və Qubadlıdan olan 100-dən çox qaçqın ailəsi məskunlaşıb. Pəncərəsiz, qapısız, hamamsız, tualetsiz, qəzalı binada yüzlərlə uşaq böyüyür… Gələcəyi olmayan uşaqlar. Hər il ...

Read More »