MİRZƏ XƏZƏRİN ŞƏRHLƏRİ

Talan vadisi-Azərbaycan: köhnəsi həbsdədi, “Aztelekom”a yeni rəhbər

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Suat Paşayevi “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinə təyin edilib. “Aztelekom”un baş direktoru “Rabitə işi” ilə bağlı hazırda həbsdə olan Məhəmməd Məmmədov olub. Piyadələri dəyişdilər, iri daşları qorudular. Talan piramidasından bir neçə kərpici təzələrini ilə əvəz etdilər. Və yenə köhnə üsulla dövləti soymaqda davam edəcəklər. Sistem korrupsiyadan qidalanır. Qidalanmasa, sistem pozular, piramida dağılar… Bax, belə. ...

Read More »

Şok! “Rabitə” mafiyasının məhkəməsində müttəhim kirvələr bir-birinə qarşı ifadə verdilər

“Rabitə” mafiyasının iki üzvü kirvədir və hər ikisi müttəhimlər kürsüsündə oturub. Bayram Vəliyev və Beytulla Hüseynov həm həmyerlidirlər, həm də kirvədirlər. Hər ikisi Naxçıvanın Sədərək regionundandır. Yaxın münasibətlərə baxmayaraq, məhkəmə prosesi zamanı kirvələr bir-birinə qarşı ifadə verərək, canını qurtarmağa çalışmışdır.   Məsələn,  “Bakı Rabitə Təmir Tikinti” MMC və “Təmir Təchizat Servis” MMC şirkətlərinin formal rəhbəri olan Bayram Vəliyev noyabrın 30-da ...

Read More »

Mirzə Xəzərin şərhi: Samir Şərifovun yoxsullara “müjdəsi”

“Beynəlxalq Bank” qalmaqalında adı keçən, amma salamat qalan maliyyə naziri Samir Şərifov Milli Məclisdən əhalinin yoxsul təbəqələrinə təsəlli verib ki, prezident İlham Əliyevin tapşırığı ilə elektrik enerjisi və təbii qazın bahalaşmasından büdcəyə daxil olan gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.” Nağıldır? Bəli, nağıldır. Niyə? Xırdalayaq. Samir Şərifovun Milli Məclisdə uçurtduğu “müjdə”dən belə çıxır ki, aztəminatlı vətəndaşların sosial ...

Read More »

Mirzə Xəzər: Qaz, işıq bahalaşdı. Lukaşenko isə gəldi, aldı, getdi

  Belarus’ President Alexander Lukashenko shows an award given by Sheikh Ahmad Al-Fahad Al-Ahmed Al-Sabahat the European Olympic Committees General Assembly in Minsk, Belarus, Friday, Oct. 21. (AP) Belarus prezidenti Lukaşenkonun Bakıya səfəri ilə Azərbaycanda qaz və elektrikin qiymətinin artırılması arasında müstəqim bağ olduğunu heç kim iddia edə bilməz. Qaz və elektrik azərbaycanlıların problemidir. Azərbaycanlıların probleminin günahkarı isə Lukaşenko deyildir… ...

Read More »

Bülleten oyunu: Donald Tramp yenə udacaq, Hillari Klinton yenə məğlub olacaq

Əvvəl Yaşıllar Partiyasının seçkilərdə 1% səs qazanan namizədi Cill Steyn plova su qatmağa başladı. Bu xanım Trampa qarşı olan vətəndaşlar arasında pul yığmağa başladı və bir neçə milyon ianə topladıqdan sonra vəkilləri hücuma buraxdı. Viskonsin, Miçigan və Pennsilvania ştatlarında səslərin yenidən sayılmasını tələb etdi. Cill Steyn iddia edir ki, hakerlər nəticələri Trampın xeyrinə saxtalaşdırıb. Hillari Klinton susdu. Hətta gülünc iddialar ...

Read More »

Lənkarandan məktub var: Məmurların məscidlərdə nəzir qutuları var? Təəccüblənəcəksiniz…

Salam. Hər il Məhərrəm ayının sonlarında Lənkəranda əhali bankomatlardan pul götürərkən,qəribə bir halla rastlaşırlar və bu halda bankomatlar qarşısında növbələr ölüm-dirim məsələsinə çevrilir. Buna səbəb bankomatlarda pullarln 1 manatlıq əskinasların olmasıdır. Insanlar pullarını 1 manatlıq əskinaslarla götürür və uzun növbələr yaranır. Bu pulların Məhərrəm ayı ərzində məmurların məscidlərdə qoyduğu nəzir qutularından gəldiyi iddia edilir. Çünki, qutulara əsasən bir manatlıq əskinaslar ...

Read More »

Həmdülillah, necə görmüşdüsə Nuh, oyləcədir: Rusiyanın təhsil naziri Bakıda məktəb direktorları ilə rus dilinin tədrisi

  AzərTAc xəbər verir ki, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva noyabrın 27-də Bakıdakı ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb. Görüşün məqsədi aydındır. Rusiya nazirinin diqqət mərkəzində rus dilinin tədrisinin gücləndirilməsi məsələsi durmuşdur. Rusiya nazirinin narahat olmasına heç bir səbəb yoxdur. Azərbaycan hakimiyyəti rus dilinin tədrisinə dövlət dilinin tədrisindən daha çox diqqət yetirir. Görüşdə çıxış edən təhsil nazirinin müavini ...

Read More »

“Azərbaycanın Arturu” 20 ildir rus dilində düşünüb…susur…

    Artur Rəsizadə 20 ildir Azərbaycanın baş naziridir. 1996-cı il noyabrın 26-da Heydər Əliyevin sərəncamı ilə baş nazir vəzifəsinə təyin edilib. 2003-cü il avqust ayında klanın planına uyğun olaraq öz yerini İlham Əliyevə tərk etmiş və İlham Əliyev prezident “seçiləndən” sonra təzədən baş nazir kabinetinə qayıtmışdır. 20 ildə Azərbaycan dilini öyrənə bilməmişdir… “qafqazinfo” onu “Azərbaycanın Arturu” adlandırır. Azərbaycanın Arturu ...

Read More »

Ölkəsini səfalətə düçar edən “inqilabçı”-diktator – Fidel Kastro da belə getdi…

Fidel Kastro da dünyanı tərk etdi. 55 il Kubanı təkbaşına və özbaşına idarə etdi. İtaət etməyənləri gedər-gəlməzə yolladı. Ölkəni səfalətə düçar etdi, xalqını kölə gününə saldı. Kubanı ovet İttifaqının nökərinə çevirdi. Kremlin əmri ilə Quba silahlı qüvvələrini Afrikanın müxtəlif ölkələrinə göndərdi. Afrika sərgüzəştlərinə minlərlə əsgəri fəda etdi. ABŞ ilə əlaqələri kəsdi və ölkəsini təcrid etdi. Kubanı 55 il öz sevimli ...

Read More »

Ziyafət Əsgərovu soyuqdan donan şagirdlərin yanında oturtmaq lazımdır ki, o da əzab çəksin

Niyə? Çünki Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Əsgərov “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfransda çıxışı zamanı deyib ki, “bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır”. Elə bu səbəbdən təklif edirik ki, Əsgərov Ziyafəti hal-hazırda soyuqdan donan məktəblərin birinə salıb qapısını qıfıllamaq lazımdır. Qoy üç-dörd gün orda qalsın və ...

Read More »