MİRZƏ XƏZƏRİN ŞƏRHLƏRİ

Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları təhlükədə…

Unudun manatı.  Unudun maaşı. Unudun işsizliyi. Unudun böhranı. Banklar bağlanır, mühüm deyil!  Əmanətləriniz batır, vecinizə almayın! Ölkə gün-gündən böhranın dibinə yuvarlanır, mühüm deyil!  Qiymətlər artır,  nəyinizə lazımdı axı yemək, unudun! Mühüm deyil!  Nədir mühüm? “Musavat.com” xəbər verir ki, gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib! Niyə? Hansı  ünsür dəyişiklik edib? Nədir bu dəyişiklik? Dəyişikliyə əsasən mayın ...

Read More »

Курдские евреи: кто они? Масуд Барзани, лидер курдов, еврей?

КУРДСКИЕ ЕВРЕИ, еврейская этнолингвистическая группа (община). До начала 1950-х гг. жили в основном в Курдистане (`страна курдов`; горная область в Малой Азии) и прилегающих к нему районах. Курдские евреи часто называют себя аншей таргум (`народ Таргума`). Курдские евреи говорят на нескольких диалектах восточной ветви новоарамейского языка (см. Арамейский язык), в которую также входят диалекты ассирийцев (христиане-несториане) и так называемых халдеев ...

Read More »

Şivən qaldırmayın-Corc Kluninin arvadı Amal Alamuddin Kluni erməni deyil

Hakimiyyətə işləyən mətbuat şivən qaldırıb ki, Xədicə İsmaylovanın müdafiəsini üzərinə götürən Amal Kluni ermənidir. Rejimin xoşuna gəlməyən hər əcnəbiyə erməni, fərqli fikir söyləyən hər vətəndaşa erməni casusu damğası vurmaq bunların 30 illik primitiv vərdişidir. Tərəqqi yoxdur. İrəliyə getmək yoxdur. Ancaq bir istiqamətə, geriyə gedirlər. Elə bil 1988-ci ilin “oturmayan erməni!” dövründən bir qarış belə qabağa getməyiblər. Corc Kluninin həyat yoldaşı, ...

Read More »

Osmanlı tarixinin maraqlı səhifəsi: Salonik “dönmə”ləri

Türkiyədə “dönmə” adlanan bir dini qrupun mövcudiyyətini “Azadlıq” radosunda işə başladığım zaman öyrəndim. Məzəli əhvalatdır. Heç vaxt unutmaram. Hiss edirdim ki, İsraildən gəlişim bəzilərini narahat etmişdir. Üzə vurmurdular, amma hiss olunurdu. Bir gün rəhmətlik şef otağıma girdi və “Bilirsən, Türkiyədə bir çox yəhudi müsəlmanlığı qəbul edib. Çox asandı”,-dedi. Diksindim, eyhamı başa düşdüm, amma söz qaytarmadım. 1977-ci il idi. 1979-cu ildə ...

Read More »

Mirzə Xəzər: “Bütöv bir xalqın, bir məmləkətin taleyi mənim vicdanıma bağlanmışdı, namərdlik etmədim”

Hadisələr barədə fikirlərini “Cümhuriyət”ə bölüşən Mirzə Xəzər xalqın çox gərgin günlər yaşadığını bildirib. Həmin vaxt Bakı ilə müntəzəm əlaqədə olduğunu bildirən M.Xəzər qeyd edib ki, əsas məlumat mənbələri Mehdi Məmmədov idi: “Onun mənzili bir növ radionun bürosu idi. Bununla yanaşı, rabitə nazirliyinin əməkdaşı Oruc Şirinovun əməyi sayəsində respublikanın bütün rayonları ilə sərbəst telefon rabitəsi qura bilirdik. Hər gecə gəlib maqnitofonu ...

Read More »

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov həbsdən azad edilib

Musavat.com-un əldə etdiyi son məlumata görə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanıldığı DTX-nın təcridxanasından sərbəst buraxılıb. Bu barədə məlumatı onun oğlu Kamran Kərimov təsdəqləyib.  “Musavat.com” qeyd edir ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Şərh: Qəribə ölkədir və bu qəribə ölkədə qəribə əhvalatlar ...

Read More »

DTX generalı Mədət Quliyev iqtisadçı rolunda: “…aksiyaların manatın debilvasiyası ilə əlaqəsi yoxdur”

Keçmiş həbsxana müdiri və təzəcə respublikanın baş çekisti olaraq Heydər Əliyevin vəzifəsini miras alan Mədət Quliyev bu gün şəhidlər xiyabanında jurnalistlərin suallarını cavablandırıb. Maraqlı fikirləri var. Onun fikirləri ilə tanış olandan sonra belə bir qənaətə gəlmək mümkündür ki, Mədət Quliyev ilə Şahid Mustafayevin yeri səhv düşüb. Yəni erməni məktəbini qızıl medalla bitirən Şahin Mustafayevin yeri Dövlət Təhlükəsizlik Xidmətinin başında, həbsxanada ...

Read More »

Cəsarətli Ramil Usubov “azad” olunmuş Nardaranı daxili qoşunların müşaiyətində ziyarət edib

Qəsəbə daxili qoşunlar və əli avtomatlı polislər tərəfindən zəbt edildi. Məscidlər bağlandı. Nardaran Pirinə qıfıl vuruldu. Azan qadağan edildi. 60 nəfər həbsə atıldı. Çapacaq və qıymakeşlər, ov tüfəngləri və cib bıçaqları  müsadirə edildi. Qəsəbə sakinlərini yoxlamaq üçün 39 ədəd post quruldu. Və daxili işlər naziri Ramil Usubov nəhayət Nardaran torpağına ayaq basa bildi.  Belə görünür ki, hakimiyyətin ən böyük dərdi ...

Read More »

Ramil Usubovun rəşadətli polisi Nardaranda 5 dənə əldəqayırma bıçaq aşkar edib

Daxili Qoşunların və polisin mühasirəsində olan Nardaranda “cəsur” əməliyyatlar davam edir. Musavat.com xəbər verir ki, Nardaranda yaradılan 42-ci Polis Bölməsinin “fədakar” əməkdaşları xüsusi əməliyyat keçirdib, qəsəbə sakini İlqar Abdullayevin üzərindən 1 ədəd cib bıçaqı tapıblar. İ.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Digər bir əməliyyat zamanı isə Ş.Tusi küçəsində 18 ədəd kustar üsulla hazırlanmış bıçaq, bir ədəd süngü bıçaq, 18 ədəd 5.45 ...

Read More »

Azərbaycan-2016: Un və Əppək inqilabı başa çatdı? Hakimiyyətdə ikitirəlik ciddiləşir

  Bura Azərbaycandır! Manat 90 faiz dəyərini itirdi. “Facebook” partladı. Camaat banklara və “exchange”lərə hücum etdi. Məlum oldu ki, əhali deyilən qədər kasıb deyil. Dövlət dollara tələbatı ödəyə bilmədi. Dövlət iflas etdi. “Facebook” yenə partladı. Dollar çılğınlığı unun qiymətinə təsir etdi. Və…”Facebook” etirazı rayonlarda küçələrə sıçradı. Xalq un tələbi ilə polis və daxili qoşunlarla döyüşə girişdi. Daxili qoşunlar qalib gəldi. ...

Read More »