MİRZƏ XƏZƏRİN ŞƏRHLƏRİ

İnsanların indiyədək bundan xəbəri yox idi?

Bakıda yerləşən elektron məlumat tablolarında İlham Əliyevin “Qarabağ Azərbaycandır!” mesajı yayımlanıb. YAP deyir ki, məqsəd Prezidentin mesajını daha geniş auditoryaya çatdırımaqdan, insanların bu çağırış ətrafında birləşməsini təmin etməkdən ibarətdir. Qəribədir…İnsanların indiyədək bundan xəbəri yox idi?)))

Read More »

Azərbaycan Xalq Cəbhəsinin 30-cu ildönümü qeyd edildi…Necə yaranmışdı? Kim yaratmışdı? Kimlərin xidməti var? Kim unudulub, kim yad edilir? Yaddaşımıza nə olub?

“Azərbaycan elə bir ölkədir ki, orada heç kimin haqqı özünə qaytarılmır” Mehdi Məmmədovla müsahibə Hörmətli oxucu, Azərbaycanın son 86 illik tarixi müxtəlif dövrələrdə müxtəlif rejimlər və qurumlar tərəfindən dəfələrlə təhrif olunub. Xüsusilə, 70 illik sovet hakimiyyəti zamanı Azərbaycanın miilli tarixi hər cür zərbələrə düçar olub. SSRİ dağılandan və Azərbaycan müstəqil dövlətə çevriləndən sonra,xüsusilə,tarixşünaslar, eləcə də ictimaiyyət ümid edir ki, bu, ...

Read More »

Möcüzə! Azərbaycanda gömrük əməkdaşı rüşvətə görə işdən qovuldu

Möcüzə! Azərbaycanda gömrük əməkdaşı rüşvətə görə işdən qovuldu:) **** “Microsoft” idda edir ki, “Azərbaycan hökuməti süni intellekt strategiyasının hazırlanması ilə məşğuldur”. Heyrət! Bəs bunlar təbii intellekt məsələsini nə vaxt həll edib qurtardılar?)))) **** Unutmayın…Azərbaycan Prezidenti: “Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir.” Və…Prezident Pirallahıda məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında iştirak edib…

Read More »

Münxendə yaşayan Mirzə Xəzər

“Azadlıq radiosunun azərbaycan dilində verilişinə başlayırıq”- Yəqin ki, bu kəlmələr çoxunuzun yadındadır. Ötən əsrin 90-cı illərində Azərbaycan əhalisi bu verilişin hər buraxılışını səbirsizliklə gözləyirdi. Münhendən yayımlanan bu veriliş yeganə xəbər mənbəyi idi ki, adamlar dürüst, obyektiv məlumat ala bilirdi. Və bu verilişi xalqa sevdirən, səsi hələ də qulaqlardan getməyən bir jurnalist var- Mirzə Xəzər… Haqqında söhbət açdığım bu insan 1947-ci ...

Read More »

Sürəti azaldın, çox tez gedirsiniz!

Azərbaycan sürətlə inkişaf edir. Bakıda keçiriləcək bu ilki “Formula-1” yarışları üçün 60 milyon dolların xərclənməsi nəzərdə tutulduğu bildirilir. Bakıda “Formula-1” yarışlarının 2023-cü ilə qədər uzadılmasına dair razılıq əldə edilib. azpolitika.az yazır ki, növbəti 5 ildə – 2023-cü ilə qədər bu məqsədlə büdcədən Azad Rəhimovun oğlunun Formula-1 şirkətinə bir neçə yüz milyonun ayrılacağı şübhə doğurmur. Sürəti bir az azaltmaq pis olmaz

Read More »

“Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb?”

İlham Əliyev: “Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb?” Düz deyir! *** Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara çatıb. Çoxdur. Lap çoxdur! 1 trilyon dollar dəyəri olan “Amazon” şirkətinin sahibi Ceff Bezosun 140 milyard dolları var. Bu pulun 70 milyardını arvadına verməli olacaq, çünki…boşanır. Arvadı dünyanın ən zəngin qadını olacaq:)

Read More »

Caniklə Zamirənin 42 milyon dollarlıq təyyarəsi necə alınıb?

afp getty images Mövzu tapıldı. Caniklə Zamirənin 42 milyon dollarlıq təyyarəsi necə alınıb? Bir həftə qabaq ingilis mətbuatı İlham Əliyevin qızlarının Londonda 60 milyon funt sterlinqə 2 ev almaq istədiyindən yazanda prezidentin mətbuat xidməti dedi ki, nə olar, Azərbaycanda sahibkarlıq sərbəstdir və qızlar Azərbaycan vətəndaşı olaraq bizneslə məşğul olub pul qazanırlar. Bəs Caniklə Zamirənin 42 milyon dollarlıq təyyarəsi necə alınıb? ...

Read More »

Maykl Pompeo İran xalqını təbrik edir, Nizamini fars şairi adlandırır

Şab-e Yelda, Yelda Gecəsi və ya Çillə Gecəsi – İranda təxminən 2000 ildən çox bir zamandır 20 dekabrı 21 dekabra bağlayan gecə qeyd edilən ve günlərin qısalmasının sona çatmasının xəbərçisi olan bayram şənliklərinin adıdır. Amerikanın Dövlət Katibi Maykl Pompeo İran xalqını Yelda (Doğuş) bayramı münasibətilə təbrik məktubunda Fars şairi adlandırdığı Nizami Gəncəvidən sitat gətirmişdir: “Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda ...

Read More »

Təzad: Almaniyada minimum əmək haqqı 1498 avro, Fransada da 1498 avro

2016-cı ildə Almaniya 1 trilyon 207 milyard avroluq mal ixrac və 954 milyard 600 milyon avroluq mal idxal etmişdir. Müsbət ticarət balansı 253 milyard avro olmuşdur. Almaniyada minimum əmək haqqı 1498 avroya bərabərdir. Eyni il Fransa 436 milyard avroluq məhsul ixrac etmiş və 482 milyard avroluq mal idxal etmişdir. Mənfi ticarət balansı 46 milyard avroya bərabər olmuşdur. Buna baxmayaraq minimum ...

Read More »

Mirzə Xəzər: ”Bu gün mən təzədən dünyaya gəldim”

Bu gün mən təzədən dünyaya gəldim. Gördüm ki, dünya elə eyni dünyadır… Bu gün mən təzədən dünyaya gəldim. Sevindim. Gördüm ki, dünya elə eyni dünyadır. Gördüm ki, İlham Əliyev hələ də prezidentdir. Gördüm ki, Qarabağ hələ qaytarılmayıb. Gördüm ki, kasıblar kasıb qalıb, varlılar daha da varlanıb. Gördüm ki, Astara gömrükxanası bir mütəşəkkil cinayətkar qrupun cibindən 2 qram heroin tapıb. Gördüm ...

Read More »