GÜNÜN HADİSƏLƏRİ

Diqqət! Növbə toylara çatdı. “Rəqqaslar, aparıcılar, çalğıçılar, aşıqlar və s. vergiyə cəlb olunacaq”

Dövlət büdcəsini yamamağı yeni yolları kəşf edildi! “Toylarda, şənliklərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq edən, fərdi foto, audio xidmətləri göstərənlər, dayələr, fərdi sürücülər, ev təsərrüfatında təmizlik işləri ilə məşğul olanlar, bağbanlar sadələşdirilmiş vergiyə cəlb olunacaqlar”. “Qafqazinfo” xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə danışarkən ...

Read More »

Nəqliyyat Naziliyində FETÖ? (yerli saytların iddiaları)

  “Qlobal.az” və digər saytlar yazır ki, Türkiyədə yaşanan məlum hadisələrdən sonra Azərbaycanda Fətullah Gülənə bağlı bir neçə məktəb, hazırlıq kursu və bir universitet (“Qafqaz”) bağlanılsa da, əməliyyatlar yüksək vəzifədə olan şəxsləri əhatə etmədi. Halbuki müəyyən dönəmlərdə mediada irəli sürülən iddialar və Türkiyədən rəsmi dairələrin Bakıya göndərildiyi deyilən sənədlər əsasında siyasi idarəetmə sistemindəki fətullahçılara qarşı əməliyyatların başlayacağı gözlənilirdi.  İddia olundu ...

Read More »

Azərbaycan-İsrail əməkdaşlığı yeni mərhələyə keçir?

Müasir dünya siyasətinin konyukturası əsasən strateji maraqlar və milli təhlükəsizlik üzərində təşəkkül tapdığından dövlətlərarası münasibətlərdə dini, milli, ideoloji və hətta iqtisadi maraqların da asanlıqla arxa plana keçdiyinin şahidi oluruq. Strateji maraqlar əməkdaşlığın təməl qaynağı halına gəldiyi üçün dünyada mövcud olan münaqişlərin, müharibələrin, hərbi-siyasi ittifaqların da bu kontekstdə baş verdiyini görürük. Strateji münasibətlər zəncirinin həlqəsi əlavə olaraq iqtisadi, siyasi, ideoloji və ...

Read More »

Ulu öndərin məzarı qarşısında hərbi salamı SOL əllə verən prokurorun əsl məqsədi nə idi?

“Sol əllə də hərbi salam vermək olar” – Məşhurlaşan prokurordan açıqlama   Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı qarşısında sol əli ilə hərbi salam verməsi haqda yayılan xəbərlərə reaksiya verib. “Qafqazinfo.az” saytı xəbər verir ki, Tariyel Qurbanov xiyabanda sol əllə hərbi salam verdiyini təsdiqləyib. Lakin bunun üçün əsaslı səbəblərinin ...

Read More »

Eldar Mahmudovun əmri ilə hökm çıxaran hakim reanimasiyada

Ənvər Seyidovun Eldar Mahmudova şok məktubu üzə çıxdı İnsan hüquqları müdafiəçisi Oqtay Gülalıyev özünün sosial şəbəkədəki səhifəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktubu paylaşıb. Gununsesi.info-nun məlumatına görə, məktubda MTN tərəfindən qanunsuz həbs olunan bir qrup məhkumun məhkəmə prosesinə sədrlik edən hakim Ənvər Seyidov təqsirləndirilən şəxslərə bağlı qapılar arxasında 10- 14 il həbs ...

Read More »

Azərbaycan-İsrail sənədləri imzalanıb

Azərbaycan prezidenti İlham Əliyevin İsrail baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar. “Azərbaycan Respublikasının Hökuməti ...

Read More »

Bakıdan erməninin şirkətinə milyonlar axır! Oskanyan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik

      Hər bir ölkənin iqtisadi təhlükəsizliyi ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunmasından keçir. Bu baxımdan ərzaq məhsulları ilə ölkənin özünü tam təmin etməsi, tələbatın yerli istehsal hesabına ödənilməsi bugün qarşıda duran ən vacib hədəflərdən biridir. Əhalinin qida rasionunda əsas yerlərdən birini tutan quş əti və yumurta istehsalının da daxili tələbat hesabına ödənilməsi əhəmiyyətlidir. Ona görə də ölkədə quşçuluğun ...

Read More »

İran Netanyahunun Bakı səfərinə qarşı etiraz aksiyaları təşkil edir – FOTO

İsrail baş nazirinin ölkəmizə bu saatlarda başlayan  səfərinə qarşı gözlənildiyi kimi İranın aqressiv reaksiyası ortaya çıxmaqdadır. İran mediası səfəri pisləyən və guya ölkə əhalisinin və Cənubi Azərbaycandakı soydaşlarımızın buna etiraz etdiyini göstərməyə çalışan məlumatlar dərc edir. Azərbaycan 24 xəbər verir ki, Tehrandan ard-arda səsləndirilən çağırış və bəyanatlardan sonra İranın nəzarətində olan bəzi qrupların vasitəsilə etiraz aksiyaları sərgilənir. İranın “Press Tv” ...

Read More »

Milli Elmlər Akademiyasında alimlər arasında əlbəyaxa dava

Dünən günorta saatlarında AMEA Fəlsəfə İnstitutunun Siyasi Nəzəriyyələr şöbəsinin elmi işçisi Ruşan Ruşanzadə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, R.Ruşanzadə institutun bir əməkdaşı ilə aralarında yaranmış münaqişəyə görə polisə aparılıb. Bu hadisədən az sonra institut əməkdaşının saxlanılması ilə bağlı ilginc təfərrüat ortaya çıxıb. İnstitutun siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Moderator.az-a verdiyi açıqlamada R.Ruşanzadə ilə siyasi ...

Read More »

Netanyahu Bakıya yola düşməzdən əvvəl aeroportda nə dedi…

Az əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivin Ben-Qurion hava limanından Azərbaycana və Qazaxıstana səfərə yola düşüb. Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Netanyahunu səfərdə xanımı və çoxsaylı nümayəndə heyəti müşaiyət edir. İsrail kəşfiyyatına yaxın “Debka” saytı xəbər verir ki, Netanyahu Bakıda prezident İlham Əliyevlə danışıqlar aparacaq, təxminən 7 saat sonra Qazaxıstana yola düşəcək. “Netanyahunun hər iki paytaxtda danışıqları ...

Read More »