Author Archives: mirzexezer

KQB agentindən şok: “Türkiyədə vətəndaş müharibəsi hazırlayırlar”

KQB agentindən şok: “Vətəndaş müharibəsi hazırlayırlar” Keçmiş KGB agenti Mixail Şikordin Türkiyənin “Takvim” qəzetinə müsahibəsində Türkiyəni gözləyən təhlükədən danışıb: “İllər öncə təqaüdə çıxdım. Lakin bütün kəşfiyyatçılarda olduğu kimi biz də xəbərləşir və dünyadakı proseslərlə maraqlanırıq. Bir məqamı vurğulayacaq. Bu gün Türkiyə sürətlə böyüyür, Avropa, Balkanlar, xüsusilə Orta Şərqdə, hətta Afrikada güclənir. Bunu başda israil olmaqla, Avropa ölkələri qəbul edə bilmir”. Keçmiş ...

Read More »

Avropa-Azərbaycan Lobbi Təşkilatının lideri Tale Heydərov hardadı?

Avropa-Azərbaycan Lobbi Təşkilatının lideri Tale Heydərov hardadı? Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul olundu. “Musavat.com” xəbər verir ki,  sentyabrın 10-da Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatıb. Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib. Səsverməyə qatılan 365 nəfərin 202-si Azərbaycanın əleyhinə olan qətnaməyə səs verib. Qətnamədə Azərbaycanda repressiyaların miqyasının artdığı, həbs olunan jurnalistlərin və hüquq müdafiəçilərinin sayının ...

Read More »

Mehriban Əliyevanın səfəri zamanı qalmaqal. Azərbaycan Fransanı məhkəməyə verir

Azərbaycan hakimiyyəti Fransanın dövlət telekanalı “France 2”yə qarşı məhkəmə iddiası qaldırır. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Azərbaycan hakimiyyətinin maraqlarını müdafiə edən vəkil Olivye Pradoya istinadən Fransa Beynəlxalq Radiostansiyası (RFİ), habelə “France Press” agentliyi bildirir. Məhkəmə iddiasının qaldırılmasına səbəb telekanalın bu günlərdə efirə gedən “Cash İnvestigation” proqramında Azərbaycan prezidentinin ünvanına səslənmiş ifadələrdir. Proqramda Azərbaycan “diktatura”, prezident Əliyev isə “despot” ...

Read More »

Bura Azırbaycandı!

  Özünə umac ova bilməyənlər başqalarına əriştə kəsmək istəyir. Qarabağ Azadlıq Təşkilatı Türkiyə prezidenti Ərdoğana müraciət edərək antiterror əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib. Hünərə bax!!!! Gülək, yoxsa ağlayaq? (c) M.X.

Read More »

Məlahət Ağacan: Heyvanlaşmaq tariximiz -1993-cü il 24 iyun

          Məlahət Ağacan   Uşaq vaxtı beli yüklə dolu, ağır arabaya qoşulan eşşəkləri görəndə onlara yazığım gəlirdi. İndi isə özüm eşşək kimi həyat sürürəm. Hal-hazırdakı vəziyyətimə görə “xanım” sözünü özüm üçün ən ağır söyüş, ən böyük təhqir, “ay eşşək” müraciətini isə ən qəşəng tərif sayıram . Vallah, səmimi deyirəm, əgər kimsə mənə  “xanım” yerinə, “ay eşşək” ...

Read More »

Almaniya ilə Səudiyyə Ərəbistanı arasında ixtilaf: 200 məscid

        Dünyanı riyakarlar idarə edir! Suriya qaçqınlarını ərazisinə buraxmayan Səudiyyə Ərəbistanı Almaniyada qaçqınlar üçün 200 məscid tikməyi təklif edir. Suriyanın xarabazara çevrilməsində və 12 milyon nəfərin didərgin düşməsində Səudiyyə Ərəbistanı mühüm rol oynayır. Almaniyanın “Frankfurter Allgemayne Saytunq” qəzeti Livanın “əl Dİyar” nəşrinə istinadən bu xəbəri yayıb. Almaniyanın hakim Xristian Demokrat İttifaqı partiyasının nümayəndəsi Armin Laşet Ər Riyadın ...

Read More »

Şəffaf divar…

Yuxuda valideynlərimi gördüm. Onlar da mənim gördülər. Qucaqlamaq istədim. Bacarmadım. Aramızda şəffaf divar var idi. Bu gecə yenə yuxu görəcəm. Bəlkə divarı sökdülər… Mirzə Xəzər

Read More »

Azərbaycan-2015: 1937-yə doğru İRƏLİ!

          Valideynləri azərbaycanlı siyasi məhbusdan imtina etdi. Hazırda mühacirətdə yaşayan keçmiş siyasi məhbus Rəsul Mürsəlovun valideynləri ondan imtina ediblər. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, öz oğlundan imtina bəyanatını R.Mürsəlovun atası Maarif Mürsəlov yazıb və həmin müraciətini Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və Ombudsman Aparatına göndərib. “Biz oğlumuz Rəsulun siyasi fəaliyyətini dəstəkləmir və ondan ...

Read More »

Elman Mustafazadə: Anaları anam, qızları bacım bildim…(Qadın barədə düşüncələr)

Anaları anam, qızları bacım bildim… Bütün bunları bizləri atasiz böyüdən anamız öyrətdi. Bu yazını anam Qüdrət Bəhramqızının simasinda butun analara həsr edirəm. QADIN Bu gün bəşəriyyətin qəddarcasına istismar olunma düşüncə tərzinə yuvarlanmasının əsas amillərindən biri də insanları “gender bərabərliyi” adı altında yaşanılan inkişafın modern düzəni ilə dərin siyasətlər aparılmasıdır. Yaradılışın ən zərif və incə varlığı olan qadına hüquqlar verməklə əslində ...

Read More »

ANS Press əsrin soyğunçuluğunu ifşa etdi

Oxuyun xəbəri: sitat “Ailə üzvləri ilə toya gələn 7 yaşlı qız valideynlərindən xəbərsiz həyətə düşüb. Azyaşlının tək olduğunu görən naməlum soyğunçu qəfil qızın üzərinə atılaraq qulağındakı qiyməti 400 manat olan sırğalarını çıxarıb. (diqqət: üzərinə atılaraq! Yəni, hoppanaraq?:)) Bu zaman zalım soyğunçu qızın qışqırıqlarına və qulaqlarından axan qana da rəhm etməyib. (insafsız!) Ətrafdakılar qışqırığa gəlib azyaşlının harayına çatana kimi soyğunçu aradan çıxa ...

Read More »