Author Archives: mirzaxazar

Mirzə Xəzər: Barak Obama ilə Bibi Netanyahu arasında “müharibə”ni kim udacaq?

İsrailin baş naziri Bibi Netanyahu İran ilə Qərb arasında bağlanan saziş üzündən prezident Barak Obamaya “müharibə” elan edib. Deyir ki, yəhudi lobbisi anlaşmaya qarşı birləşməli və Konqres bu sazişi rədd etməlidir. Obama Netanyahunu müharibəyə susamış siyasətçi adlandırır və cavab verir ki, Netanyahu şadlığına şitlik etməsin. İndi nə olacaq? Heç nə. Don Kixot rolunu ifa edən Netanyahu uduzacaq. Konqres “şiddətli” müzakirələrdən ...

Read More »

Mirzə Xəzər: Milliyyətçi Hərəkat Partiyasından AKP-yə müjdə: azlıq hökumətinə və növbədənkənar seçkiyə “əvət”?

Prezident Ərdoğanın növbədənkənar seçki planı gerçəkləşir. Milliyyətçi Hərəkat Partiyası (MHP) oktyabr ayında növbədənkənar seçki keçirilməsi şərtilə AKP-nin azlıq hökumətini parlamentdə müdafiə edəcəyini elan etdi. Lakin bir neçə saat sonra MHP rəsmiləri belə bir bəyanatın verildiyini dandılar.  Əslində AKP ilə CHP arasında koalisiya danışıqları başa çatan kimi MHP-nin belə bəyanat verməsi müşahidəçilərin marağına səbəb olmuşdur. Bəzilərinin fikrincə, MHP AKP ilə arxa ...

Read More »

Misir Türkiyəni Sina yarımadasında fəaliyyət göstərən İŞİD terrorçularına yardım etməkdə ittiham edir

Amerikanın “Vaşinqton Tayms” qəzetinin dərc etdiyi xəbərə görə, Misir hökumət rəsmiləri ANkaranın Sina yarımadasında fəaliyyət göstərən İŞİD terrorçularına kömək etdiyini iddia etmişdir. Türkiyənin “Radikal” qəzei “Vaşinqton Post”a istinadən yazır ki, Sina yarımadasında hökumətə qarşı terror hücumlarına baş vuran “Ənsar Beyt əl Məkdis” İŞİD-ın bir qoludur. Misir xarici işlər nazirliyinin bir rəsmisi Türkiyənin bu qrupa yardım etdiyinə dair əllərində sübut olduğunu ...

Read More »

“Alabala” Şərifovun tikinti imperiyası fəhlələrin maaşını vermir

“Musavat.com” yazır ki, “Evrascon” ASC-nin işçiləri dörd aydır maaş ala bilmirlər. Onlar əməkhaqlarını ala bilməməklə bərabər, işdən qanunsuz olaraq çıxarılmaqla da hədələnirlər. Şirkətin Qazaxıstanda çalışan işçiləri musavat.com-a bildiriblər ki, aylardır maaş üzünə həsrətdirlər: “Artıq 4 aydır maaş ala bilmirik. Maaşların gecikməsi nəticəsində banklara olan kredit borclarımız gecikir. Nəticədə kredit faizləri çoxalır və biz kredit borclarını verə bilmirik”. Qazaxıstanda maaş ala ...

Read More »

Mirzə Xəzər: Müharibəyə davam. Türkiyə yeni seçkiyə və prezidentlik sisteminə doğru gedir

Rəcəb Tayyib Ərdoğan qələbəyə yolunu hamarlayır. Sayın başkan nəhayət istədiyinə nail oldu. Çinə səfəri əsnasında jurnalistlərlə söhbəti zamanı prezidentin söylədiklərini şərh edək: hərbi hücumların və həbs dalğasının əsl hədəfi İŞİD deyil, PKK və HDP-dir; PKK-yə qarşı müharibə davam edəcək; “çözüm sürəci”- kürdlərlə sülh və barış prosesi bərpa edilməyəcək; kürdlərin “Xalqların Demokratik Partiyası” (HDP) qadağan ediləcək, rəsmən qadağan edilməsə də liderləri ...

Read More »

Mirzə Xəzər: R.T.Ərdoğan qalib gəldi: koalisiya qurulmadı, müharibə başladı. Bəs sonra? Sonra uduzacaq…

7 iyun seçkisinin nəticələri boşa getdi, Türkiyədə koalisiya hökuməti qurulmayacaq. Rəcəb Tayyib Ərdoğan və AKP strateji oyunun birinci mərhələsindən qalib çıxdılar. Ölkə növbədənkənar seçkilərə doğru müharibə ilə gedir. Livan şiələrinin lideri Həsən Nəsallah bildirib ki, Türkiyə öz dostu “İslam Dövləti”nin xətrinə dəyməmək üçün kürdləri də bombardman edir. Alman müşahidəçiləri isə deyirlər ki, Ankaranın hədəfi “İslam Dövləti” deyil, kürdlərdir. Almaniyanın müdafiə nazirinin ...

Read More »

Xoşbəxt günlər gəlir! Xəzərin sahilindəki villalar söküləcək, hasarlar yıxılacaq və Novxanı camaatı nəhayət Xəzərin suyunu görəcək

Səudiyyə kralı Salmanın fransız Riviyerasında öz villasına bitişik sahil ərazisini yerli sakinlərin üzünə qapatması etirazlara səbəb olmuşdur. Kralın dəniz sahilini “özəlləşdirməsi”nə qarşı tərtiblənən petisiyaya 100 min adam qol çəkmişdir. Qəsəbənin meri Mişel Saluki prezident Fransua Olanda etiraz məktubunda qeyd edir ki, böyük qonağın gəlişi mühüm hadisədir, amma istər kral, istərsə də vətəndaş – qanun qarşısında hamı bərabərdir. Mübahisə hələ davam ...

Read More »

Mirzə Xəzər: R.T. Ərdoğan “İslam Dövləti”nə müharibə elan etməklə “Pandora qutusu”nu açır…

AKP hökuməti siyasətini 180 dərəcə dəyişmişdir. Rəcəb Tayyib Ərdoğanla “İslam Dövləti” arasında “aşk romansı” sona çatdı. Türkiyə Suriya sərhəddini keçmədən, Suriya hava sahəsinə girmədən “İslam Dövləti”nə zərbə endirir. Bir sıra şəhərdə “İslam Dövləti”nin yüzlərlə tərəfdarlarını həbsə atır. Onları tapmaq çətin iş deyildir. Rəsmi Ankara “İslam Dövləti”nin Türkiyədə tərəfdarlarının ünvanlarını əzbər bilir. Eyni zamanda isə Ankara ABŞ hərbi aviasiyasının İncirlik hərbi-hava ...

Read More »

Mirzə Xəzər: Qarabağ getdi? Ceyms Uorlikin bəyanatı. Azərbaycan yeni tələyə düşəcəkmi?

İlham Əliyev razıdır. Azərbaycan mətbuatı büsbütün saralmışdır. Saralmayanı da saraldacaqlar. Mətbuat səhifələrində Qarabağ müharibəsi artıq başlayıb, torpaqların bir hissəsi azad edilib, Yerevana bir neçə kilometr qalıb. Mətbuat əhalini yuxuya verməkdə davam edir. Bəs diplomatik cəbhədə nələr olur? ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin Bakıda mətbuat konfransında söylədikləri narahat olmaq üçün ciddi səbəbdir. Görünən odur ki, ATƏT-in Minsk qrupu Azərbaycanı Dağlıq Qarabağ ...

Read More »

Mirzə Xəzərin şərhi: Türkiyədə oktyabr ayında növbədənkənar seçki keçiriləcək

“Koalisiya hökuməti” adlı komediya teatrının son pərdəsidir. Türkiyə sürətlə təkrar seçkiyə doğru gedir. Rəcəb Tayyib Ərdoğanın istəyi gerçək olur. CHP-nin keçmiş baş katibi Dəniz Baykalın bəyanatı bunu təsdiq edir: “AKP hökumət qurmaq istəmir…Oktyabr ayında seçki var”. 7 iyun seçkisində özbaşına hökumət qurmaq mandatını ala bilməyən AKP oktyabr seçkisində arzusuna nail ola biləcəkmi? Çətin. Ərdoğan və Davudoğlu riskə gedirlər. Ölkədə cərəyan ...

Read More »