Mirzə Xəzərin “Peşman deyiləm” kitabından: “Yusifin fəryadına gələn Yaqub

Mirzə Xəzərin “Peşman deyiləm” kitabından: “Yusifin fəryadına gələn Yaqub “Mirzə oxuyurdu: davam edir otuz yeddi … daha kəskin, daha ciddi….. Mən də axşam Təbriz radiosundan ağılar və bayatılar oxuyurdum. Axırda o taydan bizə gələ bildilər. Bu dəfə biz Təbrizə gələ bilən qonaqları Mirzəyə calaşdırırdıq. Səhər- səhər bir daha dinləyirdik və mühasirəyə alınmış bacı -qardaşlarımızın Yazovun tanklarının altından qopan hayqırışlarını dinləyə bilirdik. Mirzə bu gün baxanda tarixi bir hadisənin xəbərini verirdi, ancaq dərinə zillənib baxanda görürsən tarix yazırmış, hansı tribunadan asılı olmadan, tribunanın sahiblərinin əsas qayəsi nə olursa olsun, radio haraya bağlı olursa olsun, ortada qalan gərçək bu idi: Azərbaycanın Musəvi bir dağlı balası MUSA kimi FİRONun sarayından KƏNAN quyusunda əsir qalan YUSİFin fəryadlarını YAQUBa çatdırırdı… (Prof. Əsgər Fərdi, Təbriz)”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*