Azərbaycan Xalq Cəbhəsinin 30-cu ildönümü qeyd edildi…Necə yaranmışdı? Kim yaratmışdı? Kimlərin xidməti var? Kim unudulub, kim yad edilir? Yaddaşımıza nə olub?

“Azərbaycan elə bir ölkədir ki, orada heç kimin haqqı özünə qaytarılmır”

Mehdi Məmmədovla müsahibə

Hörmətli oxucu, Azərbaycanın son 86 illik tarixi müxtəlif dövrələrdə müxtəlif rejimlər və qurumlar tərəfindən dəfələrlə təhrif olunub. Xüsusilə, 70 illik sovet hakimiyyəti zamanı Azərbaycanın miilli tarixi hər cür zərbələrə düçar olub. SSRİ dağılandan və Azərbaycan müstəqil dövlətə çevriləndən sonra,xüsusilə,tarixşünaslar, eləcə də ictimaiyyət ümid edir ki, bu, qısa Milli Azadlıq Hərəkatı tarixi obyektiv və aşkar şəkildə işıqlandırılacaq. Lakin, Azərbaycanda bir neçə dəfə hakimiyət dəyişikliyi, siyasi sabitliyin olmaması və bəzi subyektiv və obyektiv səbəblər üzündən Milli Azadlıq Hərəkatının rüşeymi haqqında həqiqi faktlar mətbuata çıxarılmayıb. “Mirzə Xəzərin Səsi” qəzetinin bu təşəbbüsü 16 il geriyə gedib, bütün baş verənləri, qarış-qarış tədqiq edərək hadisələri hərəkatın iştirakçılarının dili ilə oxucularımıza düzü-düz, əyrini-əyri çatdırmaqdır.İyulun 16-da müxalifət partiyaları Azərbaycan Xalq Cəbhəsinin 22-ci ildönümünü qeyd edəcəklər…Necə yaranmışdı? Kim yaratmışdı? Kimlərin xidməti var? Kim unudulub, kim yad edilir? Yaddaşımıza nə olub? Mehdi Məmmədov deyir ki, “Azərbaycan elə bir ölkədir ki, orada heç kimin haqqı özünə qaytarılmır”. Düzmü deyir? Bəlkə yanlışdır? …İlk müsahibimiz tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Mehdi Məmmədov 89-92-ci illərdə Azərbaycanda Milli Azadlıq Hərəkatında iştirak edib. O, həm də siyasi vəziyyət gərgin olan zaman “Azadlıq” radiosuna Bakıdan məlumatlar verən şəxsdir. Biz yazını M.Məmmədovun öz dili ilə təqdim edirik. “Xalqın haqq səsini heç kim obyektiv işıqlandırmağa meylli deyildi və etmək istəmirdi. Tək Mirzədən başqa…”80-ci illərin ortalarından başlayaraq Sovet İttifaqında baş verən geriləmələr aydın hiss olunurdu. Kommunist Partiyasının 85-ci il aprel plenumundan sonra aşkarlıq siyasəti həyata keçirildi və bu da Azərbaycan üçün Dağlıq Qarabağ probleminin ortaya çıxması ilə nəticələndi. 87-ci ilin fevral ayında Əskəran rayonunda iki nəfərin ölümü cəmiyyətin buna neqativ reaksiyasına səbəb olmuşdu. Dağlıq Qarabağda isə separatist hərəkat vüsət alırdı. Hadisələrdən narahat olan ziyalılar, görkəmli elm və mədəniyyət xadimləri Moskvaya müraciət etməyə başladılar. Minlərlə, on minlərlə etiraz teleqramları, məktublar yazılırdı. Artıq 88-ci ilin may-iyun aylarında ölkədə 33kütləvi etiraz çıxışları başlandı. Nəhayət, həmin ilin noyabrın 17-də bu kuliminasiya nöqtəsinə çatdı. Cəmiyyətin müxtəlif təbəqələri Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əleyhinə olduqlarını ifadə etmək üçün o vaxtkı Lenin — indiki Azadlıq meydanına yığışırdılar. Milli Azadlıq Hərəkatının da başlanmasının əsas səbəbi Qarabağ problemi idi. Bu məsələ Azərbaycan ziyalılarının narazılığına səbəb olmuşdu və indiyədək siyasətlə məşğul olmayan müxtəlif kateqoriyalı ziyalılar siyasətə cəlb olundular. Mən o zaman Azərbaycan Dövlət Universitetində işləyirdim. Elmələr Akademiyasının Əlyazmalar İnstitutunun baş elmi işçisi Əbülfəz Əliyev (onda hələ Elçibəy deyildi), Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, universitetin rektoru, akademik Yəhya Əliyev də proseslərə qoşulmuşdu. Həsən Həsənov dövlət nümayəndəsi, partiya xadimi kimi meydanda çıxış edir, etirazını bildirirdi. Başlıca fəaliyyət meydana yığılıb, etirazını bu şəkildə ifadə etmək və bir də mərkəzə — Moskvaya müraciət etməkdən ibarət idi. Çox güman ki, rəsmi dairələrin özündən də buna etiraz yox idi. Yəni rəsmi olmasa da, qeyri-rəsmi olaraq mitinqlərə rəvac verilirdi. Adətən Azərbaycanda rəsmi dairələr etiraz etməyəndə xalq çıxışları güclü olur. O zaman milis də əhaliyə çox mane olmurdu. Lakin, vəziyyətin nəzarətdən çıxmaması üçün baş verənləri izləyirdilər.Moskva da ilk vaxtlar çalışırdı ki, münaqişəni mümkün qədər sakit məcraya yönəltsin. Bir neçə nümayəndə Bakıya gələndə, bir o qədəri də Yerevana gedirdi. O vaxt hərəkatın ideoloqu Əbülfəz Əliyev idi. O, hadisələrin mərkəzində dururdu. Sonradan Zərdüşt Əlizadə, Hikmət Hacızadə, Sabit Bağırov, sonra Etibar Məmmədov da bizə qoşuldu. Moskva, Leninqrad və başqa şəhərlərdə Xalq Cəbhəsi (Narodnıy Front) artıq yaranmışdı. Bizim də belə bir fikrimiz var idi. Əslində, buna hazır idik. Tələbə ikən hələ 73-cü illərdən demokratik hərəkatın fəal iştirakçılarından idim. Bakıda nə qədər demokratik əhval-ruhiyyəli adamlar var idi, bizə — Xanxoyski 89, mənzil 30 ünvana yığışırdıq. Həbsdə olmadığı vaxtda Əbülfəz Əliyev, Vaqif Bayatlı Önər, Fərman Kərimzadə, Ağamalı Sadiq, Leyla Yunus, Zərdüşt Əlizadə, Hikmət Hacızadə, Yeni Azərbaycan Partiyasının indiki icra katibi Əli Əhmədov, Sirus Təbrizli gəlirdi. O dövrdə güclü senzura olduğundan qadağan olunmuş kitabları makinada yazıb, tələbələr arasında paylayırdıq. Bunlar Milli Azadlıq Hərəkatı, Cənubi Azərbaycan demokratik hərəkatına aid idi. “Soverşenno sekretno” qrifi ilə verilən ədəbiyyata xüsusi icazə olmalı idi, lakin biz bunu gizli əldə edirdik. 1918-ci il Xalq Komissarlar Sovetinin komissiyasının məruzəsini arxivdən tapmışdıq. Ermənilərin Bakı, Quba və Şamaxı, Şəmkir ətrafında əhalini necə qırması, 31 mart soyqırımı haqqında məlumatlar əldə etmişdik. Beləliklə, siyasi aktiv adamlar yetişməyə başlayırdı. 1988-ci ilin dekabrın 5-də meydanda etiraz edən adamlar hərbi güclə dağıdıldı. Bundan sonra Bakıda güclü repressiyalar başladı. Ziyalılar həbs olundu, işdən çıxarıldı, həbs olunanlar arasında Elçibəy də var idi. Onların hərəsinə 30 sutka iş verdilər və bununla xalqın etiraz dalğası bir qədər zəiflədi. Mərhum hüquqşünas, universitetin dosenti İsmayıl Tarik Peyma, Xəlil Rza artıq “Çənlibel” deyilən klub yaratmışdılar. 34Orada mədəni maarif işi aparılırdı. Bu təşkilatın da fəaliyyəti qadağan olundu. O zaman Azərbaycan həqiqətləri nə mərkəzi televiziyada, nə də beynəlxalq informasiya vasitələrində, verilirdi. Bu boşluğun nəticəsi ağır oldu, Azərbaycan informasiya blokadasına düşdü. Erməni tərəfin verdiyi dezinformasiyalar ölkəni beynəlxalq miqyasda İslam fundamental xətti tutmuş, antixristian və mürtəce bir tərəf kimi tanıtmağa başladı. Baş verən hadisələr radiolarda təhrif olunur, erməni mövqeyinə uyğun işıqlandırılırdı. 88-ci il noyabr ayının 22-də BBS radiosu ilə məlumat verildi ki, Xankəndində iki ayağı olmayan erməninin qolunu azərbaycanlılar kəsib, eyvandan atıblar. Bunun qarşısını almaq lazım idi. Ağlıma fikir gəldi ki, niyə biz buna etiraz etməyək. İlk dəfə noyabrın 25-də mən bi-bi-si radiosunun baş ofisinə zəng vurdum (o zaman radionun Bakıda mərkəzi yox idi). Məlumatın doğru olmadığını dedim, ona etirazımızı bildirdim. Əgər hadisə baş veribsə, həmin adamın kimliyinin açıqlanmasını istədim. Bakıda hərbi güclə əhalinin etirazının dağıdıldığı barədə məlumatı isə ilk dəfə “Azadlıq” sonra missiyanı mən üzərimə götürdüm. Heç kim qorxudan bunu etmək istəmirdi.Meydan hərəkatında olan çıxışlar ilk dəfə 1989-cu ilin yanvarın 14-də “Azadlıq” radiosunda səslənibMirzə Xəzərə Azərbaycan ziyalılarının bəyanatını oxuduq, meydanda baş verən hadisələr haqqında Nemət Pənahovun səsini verdik. Azərbaycanın səsi “Azadlıq” radiosundan dünya efirinə belə yayıldı. Mirzə Xəzər bu məlumatları özü oxuyurdu. Mirzə ilə əlaqə yaradandan sonra mən Azərbaycanda baş verən hadisələr haqqında ona müfəssəl məlumat verir, ziyalılarla telefon əlaqələrini yaradırdım. Həqiqətlərin “Azadlıq”ın tribunasından yayılmasının Azərbaycan üçün rolunu sözlə ifadə etmək mümkün deyil. Çünki bu boyda informasiya blokadasında olan xalqın haqq səsini heç kim obyektiv işıqlandırmağa meylli deyildi və etmək istəmirdi. Tək Mirzədən başqa. Bi-bi-si iki dəfə bizim müraciətimizi verdi, birində mən, digərində isə Etibar Məmmədov çıxış etmişdi. Üçüncü dəfə radio bundan imtina etdi. “Azadlıq” radiosu ilə əlaqə yaranandan sonra isə Azərbaycan haqqında müntəzəm olaraq məlumatlar gedirdi. Ziyalıların bir çoxu çıxış etmək istəsələr də qorxurdular, adlarının çəkilməsini istəmirdilər. Buna görə də məlumatı verirdilər, mən çatdırırdım. Hətta hökumət dairələrindən də məlumatlar ötürülürdü. Elçibəylə Mirzə Xəzərin də telefon əlaqələrini mən yaradırdım. Mirzə Xəzər Elçibəydən müsahibə götürdü. Sonra Fərman Kərimzadə, mərhum jurnalist Ağamalı Sadiqin müsahibələri radioda səsləndirildi. Mərhum akademik Ziya Bünyadov, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı, İsa Qəmbər, Etibar Məmmədovla da Mirzənin əlaqələrini yaratdım. “Azadlıq” radiosunun ən alovlu natiqi Xəlil Rza idi. Radio ilə münasibətimə görə, mənə qarşı təzyiqlər başlandı. Universitetdə işdən azad olunmağım haqqında Mərkəzi Komitədən xüsusi göstəriş verildi. Hər yerdən məni təcrid edirdilər. Fiziki məhdudiyyətli olduğuma görə işləmək haqqım olmadığını bildirirdilər. Amma açıq demirdilər ki, bu “Azadlıq” radiosu ilə əlaqəmlə bağlıdır. Hətta bir neçə dəfə məni 35döydürmək istəyiblər. Bu, Əbdürrəhman Vəzirovun vaxtında idi. Onda AXC-nin hələ təşəbbüs qrupu yaranmışdı və qrupun üzvləri evlərdə görüşürdülər. Təşəbbüs qrupunun üzvləri Leyla Yunusova, Zərdüşt Əlizadə, Etibar Məmmədov, Rəhim Qazıyev, Umudvar Baxşıyev, Sülhəddin Əkbərov, İsa Qəmbər və başqaları — cəmi 16 nəfər idilər.Müstəqil qəzetlər sonradan “Azadlıq” radiosunun təsiri altında yarandıXalq Cəbhəsinin yaranmasına cəhd haqqında da biz ilk dəfə “Azadlıq” radiosundan eşitdik. Gənc alimlər klubu və “Varlıq” təşkilatı təşəbbüs qrupunda birləşdilər və Xalq Cəbhəsini yaratdılar. Onun bir qolu Elçibəy tərəfdarları idi, bir qolu isə gənc alimlər klubunun iştirakçıları — Hikmət Hacızadə, Leyla Yunus, Zərdüşt Əlizadə və başqaları. AXC-nin proqram və nizamnaməsini də onlar işləyib hazırlamışdılar. Vəzirov ölkədə siyasi-ictimai vəziyyəti stabilləşdirməyə cəhd etmək üçün hərəkatın nümayəndələri ilə görüşdü. Azərbaycanda ilk dəfə hakim dairələr müxalifətçiləri qəbul edirdi. 89-cu il iyun ayının 16-da AXC-nin təsis konfransı oldu. O zaman qərar qəbul edildi ki, AXC təşəbbüs qrupunun əsas informasiya mənbəyi kimi mən kənarda qalım. Təşəbbüs qrupunun iclaslarına da getmirdim. Bu konspirasiya xatirinə edilirdi ki, onlara təzyiqlər olsa, həbs edilsələr, mən kənarda qala bilim və barələrində məlumat vermək imkanım olsun. Ona görə də sonda cəbhənin idarə heyətinə düşə bilmədim. Amma Elçibəyin təkidi ilə AXC-nin Ali Məclisinin üzvü seçildim. AXC-nin fəaliyyətində radikal addımlar atmaq tərəfdarları var idi. Bunlar Etibar Məmmədov, Nemət Pənahov idi, sonra onlara Rəhim Qazıyev də qoşuldu. Onlar hesab edirdilər ki, atılan addımlar radikal olmalı, Moskva ilə təzyiq dilində danışılmalıdır. Digər liberal qanad isə Leyla Yunus, Zərdüşt Əlizadə, İsa Qəmbər radikallığın əleyhinə idilər. Radikallıq onunla nəticələndi ki, 89-cu ilin iyul ayına qədər Bakıda mitinqlər qadağan edildi. İlk dəfə iyunun 5-də “Spartak” stadionunda mitinq keçirtməyə icazə verildi, lakin bu çox dağınıq oldu, 5 minə qədər adam var idi. Başlıca məqsəd ondan ibarət idi ki, yetişməkdə olan hərəkata geniş vüsət vermək üçün küçə yürüşləri, mitinqlərdən istifadə olunsun. Bəziləri bundan ehtiyatlanırdı və xalqı mitinqlərə çıxartmağın tez olduğunu, zamanın yetişmədiyini bildirirdi. Amma, radikal qanad mitinqlərə çıxmağın vacibliyini qeyd edirdi. Xalq Cəbhəsi deyəndə buna heç də 10-15 adamın fəaliyyəti kimi baxmaq olmaz. Adlarını sadalamağa çətinlik çəkirəm, çünki bu adamlar çox idilər. Burada Bakı kəndlərindən dini nümayəndələr də iştirak edirdilər. Lakin hadisələrin əsas istiqamətləndiricisi “Azadlıq” radiosu idi.Radio Azərbaycanda bir ideoloq kimi çıxış edirdi. Burada baş verən hadisələr xalqa çatdırılır və xalq məlumat alandan sonra öz qərarını qəbul edirdi. Yerli kütləvi informasiya vasitlərinin isə elə bil qulağı kar, gözü kor, dili lal idi. Müstəqil televiziya, radio, qəzet yox idi. Müstəqil qəzetlər sonradan “Azadlıq” radiosunun təsiri altında yarandı.Mirzə Xəzər mənimçün narahat idi. Hətta biz danışmışdıq ki, iki zənginə cavab verməsəm onda biləcək ki, daha mən evdə deyiləm. “Azadlıq” radiosu antikommunist mərkəzi kimi tanınırdı. 36Hətta Bakı şəhər partiya komitəsinin plenumunda Vəzirov demişdi ki, Mirzə XəzərMərkəzi Kəşfiyyat İdarəsinin polkovnikidir, burada onun əlaltıları isə leytenant rütbəsindədir və oradan maaş alırlar. Məni nəzərdə tuturdu. Xahiş edirdi ki, “məlumat verirsiniz, verin, amma heç olmasa hər şeyi obyektiv işıqlandırın”. Biz bir dəfə Mirzə ilə telefonla danışırdıq. Elə bu anda da Vəzirovun televizorda çıxışı var idi. Çıxışı Mirzəyə telefonla birbaşa verdim, o da yazdı. Effektə baxın ki, Əbdürrəhman Vəzirov “Azadlıq” radiosundan danışır. Sabahı hamı dedi ki, Vəzirov “Azadlıq”a müsahibə verib. O, özü isə “şto oni natvorili so mnoy” deyə təəccüblənmişdi. Belə bir iş də Sabirabad rayonunda olmuşdu. Rayonun birinci katibi Vilayət Seyidovun çıxışını diktafona yazdım, onu da “Azadlıq” vermişdi. Biz lazım olanda effekt yaratmaq üçün belə edirdik. Yəni göstərirdik ki, “Azadlıq” təkcə dissidentlərin radiosu deyil, buradan Vəzirov, Vilayət Seyidov kimi partiya katibləri də danışır. Sonra Ayaz Mütəllibovun Moskvada Ali Sovetdəki çıxışını radio ilə vermişdim. Əsas məqsəd, burada baş verənləri Avropa efirinə verib, oradan bura göndərmək idi. Onun effekti daha çox olurdu. “Azadlıq”dan səslənən Azərbaycandakı 89-cu il mitinqləri ölkədəki sükut buzunu sındırdı. Bütün Azərbaycan Bakıya gələ bilmirdi axı, amma hamı radionu eşidirdi. O mitinqlərdə Ziya Bünyadov, Əlikram Əliyev, Etibar Məmmədov, İsa Qəmbərovun çıxışları olurdu və dünya da Bakıda nə baş verdiyini eşidirdi. O vaxt radionun verilişləri yazılmış kasetləri 25 manata satılırdı. Prezidentlər çalışırdılar ki, Mirzə Xəzərin fəaliyyətindən öz xeyirləri üçün istifadə etsinlər. 90-cı ildə Azadlıq radiosunda Heydər Əliyevin 6 saatlıq müsahibəsi getmişdi. Yerli kiv Əliyevi təbliğ edə bilmirdi. Elçibəyin adından istifadə edib, radioya müxtəlif böhtanlar atırdılar. AXC-yə daxil olan xoşagəlməz adamlar “Azadlıq”a da, Elçibəyə də qarşı yeri gəldikcə kompramat aparırdılar. Bu isə Azərbaycanın əleyhinə işləyirdi. Bizdə bəzən yalanı elə deyirlər ki, həqiqətdən inandırıcı olur. Jurnalisti isə hörmətdən salmaq asandır. O zaman Vəzirov öz təşəbbüsü ilə AXC üzvləri ilə görüşmüşdü. O görürdü ki, Azərbaycanda siyasi vəziyyət gərginləşir və bunun qarşısını almaq istəyirdi. Vəzirov mütərəqqi adam idi. O deyirdi ki, ölkədə kompüterləşmə prosesi getməlidir. İndi yoxsa elə deyil? Bunu 89-cu ildə deyirdi və bu gün Azərbaycan kompüterləşib. Vəzirov hərəkat iştirakçıları ilə görüşdə xahiş etmişdi ki, AXC-nin rəsmi tanınmasına tələsməsinlər. Fikrini onunla əsaslandırırdı ki, AXC rəsmən tanınandan sonra buraya axın o qədər güclü olacaq ki, təşkilatın yaradıcıları arada itib-batacaq. Doğrudan da elə oldu, 89-cu ilin oktyabrın 5-də AXC rəsmən dövlət tərəfindən tanındı və bundan sonra buraya güclü axın başladı. Cəbhəyə məqsədli-məqsədsiz müxtəlif səbəblərdən üzv olanlar çox idi. Təsadüfi adamlar da gəlirdi. Narazılar gəlirdilər. Buraya oğru da, tərbiyəsi olan, olmayan, dələduz və quldur da girə bilərdi. Adətən kütləvi təşkilatlar yarnanda bura axın olur. Yəni, dövlət buna icazə veribsə, qorxusu yoxdursa və istədiyi kimi dövləti, hökuməti tənqid edə bilərsə, onda nə üçün ora girməsin?O zaman Elçibəylə də olan söhbətlərimizdə o, deyirdi ki, hərəkatdan müəyyən adamlar pərdəarxası istifadəyə cəhd edirlər. Başlanmış hərəkatdan hakimiyyəti ələ keçirtmək, hakimiyyətə qayıtmaq cəhdləri hiss olunurdu. Artıq 89-cu ilin sentyabr ayında Azərbaycanda faktiki ikihakimiyyətlilik var idi. Rəsmi hakimiyyət Mərkəzi 37Komitənin əlində olsa da, əslində ölkədə hadisələrə təsir etmək gücü AXC-də idi. Ona görə də çox mürəkkəb situasiya yaranmışdı. Bunu da mürəkkəbləşdirən amilərdən biri böyük tətil dalğası idi. Ölkədə siyasi-ictimai vəziyyəti gərginləşdirmək və bunu bir qədər də radikallarşdırmaq üçün müəssisələr, zavodlar, fabriklər tətillər çağırırdı. Bu, Moskvanı narahat etməyə bilməzdi. O zaman Sovetlər İttifaqının bütün regionlarını tətil dalğası bürümüşdü. Hətta vəziyyət ora qədər gəlib çıxmışdı ki, şaxtaçıların tətillərinə Azərbaycan tətilçiləri həmrəyliyini bildirirdi. Bir sözlə, Azərbaycandakı hadisələr Rusiyada baş verən demokratikləşdirmə prosesinin bir hissəsi idi. Amma bunun bir mənbəyi də Dağlıq Qarabağ olaraq qalırdı. AXC idarə heyətində liberal və radikal qanadlar arasında pərdəarxası intriqalar da gedirdi. Elçibəy intriqlardan xəbərdar olsa da, qarşısını ala bilmirdi. Bu isə ona gətirib çıxartdı ki, idarə heyətində parçalanma baş verdi. Artıq 89-cu ilin noyabr ayında AXC-dəki parçalanma aydın hiss olunurdu. Əvvəlcə Leyla Yunusova və Zərdüşt Əlizadəni idarə heyəti guya AXC-nin qərarlarına tabe olmadıqları üçün kənarlaşdırdı. Onlara ermənipərəst, ruspərəst damğası vuruldu. Əslində bu, doğru deyildi. Onlara qarşı ədalətsizlik oldu. Fikrimcə, hər ikisinin çıxarılması səhv addım idi. Radikallıq lazımdır, mübahisə etmirəm, amma onların getməyi ilə liberallıq da azaldı, balans pozuldu. Bu iki nəfərin idarə heyətində olmasından narazılar çox idi. Çoxları dinmirdi, susurdu. Zərdüştlə Leylanın getməsi oradakıların hamısının marağında idi və həm də xeyirlərinə işləyirdi. Çünki, onların mövqeyi daha ağıllı idi. Başa düşürdülər ki, deyilən tələbləri qoymaqla çox şeyə nail olmaq mümkün deyil. Təcrübə də onu göstərdi, Azərbaycan çox böyük bəlalardan keçdi… Elçibəyin intriqalardan xəbəri var idi və belə adamlara qarşı orta mövqe tuturdu. Heç kimin tərəfində durmurdu. Hər şeyin səs çoxluğu ilə həllinin tərəfdarı idi. O, çalışırdı ki, hakim dairələrlə aşağılar arasında konflikt kəskinləşməsin. Bilirdi ki, qarşıdurmanın ziyanı xalqa dəyəcək. Bəzən buna nail olurdu, çox vaxt isə yox. Çünki AXC sədrinin heç səsvermə hüquq yox idi. Sonra radikal qanad da getdi. Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahov da idarə heyətindən ayrıldı. Onlar Tətil Komitəsi təsis etmişdilər və AXC-dən kənarda Azərbaycanda baş verən bütün tətillərə nəzarət edirdilər. Bu mühüm məsələ idi. İşləyən zavod və fabriklər, müəssisələrin dayandırılması, dəmir yolunun bağlanması (Rusiya ilə Azərbaycan arasında əlaqələr əsasən dəmir yolu ilə idi) onların işi idi. Nemət Pənahovun mitinqlərə adamların çıxarılmasında rolu barədə iddialarında həqiqət var. O, fəhlə nümayəndəsi kimi daha cəlbedici idi. Amma AXC yenə öz nüfuzunu saxlayırdı və hər şey də onun adı ilə bağlıydı. Dekabr ayında AXC daxilində növbəti parçalanma oldu və idarə heyəti tam tərkibdə istefa verdi. 90-cı il yanvar konfransında AXC-nin idarə heyətinə yeni adamlar daxil oldu — Sabir Rüstəmxanlı, Vurğun Əyyubov, Hacı Əlikram Əliyev Bakı kəndlərindən ruhani adam kimi dəvət edildi. Bu dəyişiklik AXC-nin daha da zəifləməsinə gətirib çıxartdı. Daxildən parçalanması nəticəsində cəbhənin əvvəlki gücü azalırdı. Parçalanmaya səbəb şəxsi ambisiyalar idi. Yəni birincilik, hakimiyyət hərisliyi. Adətən liberallar qan tökülməyin tərəfdarı deyildilər. Əslində onlar da hakimiyyətə iddialı idilər. Amma deyirdilər ki, hər şey qan tökülmədən, konstitusion yolla əldə olunmalıdır. Xalq Cəbhəsi monolit təşkilat olmadığından orada müxtəlif 38maraqlar da var idi. Hakim Kommunist Partiyası ilə yaxın əlaqələr saxlayanlar, onlarla mütəmadi oturub-duranlar indi bundan imtina edirlər.Məsələn, Nemət Pənahovu Heydər Əliyevin adamı kimi təqdim edirdilər. Onların doğrudan da yaxın əlaqələri var idi. Sonradan o, prezident aparatında müşavirin müşaviri vəzifəsinə təyin olundu. Etibar Məmmədov isə Polyaniçko ilə əlaqə saxlayırdı. Görünür onun da öz strateji xətti var idi, yəni barəsində elə də demək olmaz, belə də. Cəbhənin hökumətlə əlaqə saxlayan nümayəndəsi o idi. O vaxt bütün bunlar həm də ona görə baş verirdi ki, Azərbaycan siyasi mühitində müəyyən spektr yox idi, ölkənin gələcəyinin necə olacağı, hakimiyyətə kimin gələcəyi məlum deyildi. Bu fikirlər hələ çox uzaq idi, qeyri-müəyyənlik var idi. 89-ci ilin dekabrında Bakıda erməni kilsəsi yandırılmışdı. Çox güman ki, bu, fitnəkarlıqla baş verən hadisə idi. Kənar qüvvələrin Azərbaycanda antixrisitian görüntüsü yaratmaq, onu dünyanın gözündən salmaq məqsədi daşıyırdı. O zaman da Mirzə Xəzərin böyük xidmətləri oldu. Biz dərhal bəyanat yazdıq ki, AXC erməni kilsəsinin yandırılmasını pisləyir. Bəyanatı Mirzə müəllim təcili verdi. Təsiri böyük oldu. Artıq heç kim AXC-ni hadisələrdə günahlandıra bilməzdi. Başıpozuq fanatiklər, kin, nifrət təsiri altında olan emosional kütlənin istəyi ilə erməni qəbirlərini dağıtmaq istəyirdi. Lakin bu baş vermədi. Azərbaycan açıq cəmiyyət olmadığından AXC-nin hadisələrə təsiri böyük idi. Müəssisələrdə rəhbərlərin seçilməsi, onların təyinatında AXC mühüm rol oynayırdı. Azərbaycanda baş verən bütün əhəmiyyətli hadisələrə Cəbhənin razılığı olmadan qərar verilmirdi. 89-cu ilin dekabrı və 90-cı il yanvar ayının əvvəllərində Bakıda və bütövlükdə Azərbaycanda eyforiya vəziyyəti yaranmışdı. Xalq idarə olunmaq istəyirdi. Amma idarə olunmurdu. Şüurlu şəkildə dövlət rıçaqlarına malik olan Kommunist Partiyası dövlət idarəçiliyini qeyri-rəsmi AXC-nin üzərinə qoymuşdu. İkinci də artıq faktiki hakimiyyəti ələ almışdı. Ən böyük çətinlik də burada idi. Dekabr ayında Azərbaycanla İran sərhəddində sərhəd məftilləri qırıldı və bunu hərə öz istədiyi kimi yozurdu. Bəziləri hətta bunu azadlıq müjdəsi kimi qələmə verirdi. Amma bu elə deyildi. O dövrdə Sovet İttifaqı öz gücünü itirməmişdi və böyük imperiya ölkəsində sərhədlərlərin icazəsiz açılmasına razı ola bilməzdi. Deməli, Azərbaycanda istədikləri fövqəladə vəziyyəti təyin etmək üçün zəmin yaradırdılar. Yəni, ölkədə sabitlik yoxdur, sərhədlər açılır, ermənilərə qarşı soyqırımı törədilir, Dağlıq Qarabağda, sərhədyanı rayonlarda vəziyyət gərgindir və ona görə də fövqəladə vəziyyət elan olunur. 20 Yanvar hadisəsində tək Moskvanı günahlandırmaq bir o qədər də düzgün olmaz. Burada yerli hakimiyyət orqanlarının səriştəsizliyi əsas rol oynayıb. Yadımdadır ki, 90-cı ilin oktyabrında Etibar Məmmədov məhkəmədə demişdi ki, Bakıdan Moskvaya iki cür teleqramlar vurulurdu. Biri bu məzmunda idi: “medlenno vvesti Voyska v Baku, polojenie bezkontrolno”. Digər tərəfdən Vəzirovun vurduğu teleqramlarda deyilirdi ki, Bakıda vəziyyət nəzarət altındadır, ordu yeritməyə ehtiyac yoxdur. Birinci teleqramı Vaqif Hüseynovun rəhbərlik etdiyi Dövlət Təhlükəsizlik Komitəsi vururdu.O dövrdə hakimiyyətin özündə də hakimiyyətə gəlmək uğrunda mübarizə gedirdi. 39Vaqif Hüseynov, Həsən Həsənov, Ayaz Müttəlibov və Əbdürrəhman Vəzirov arasında hakimiyyət uğrunda gizli çəkişmələr var idi. Hamı çalışırdı ki, Moskvanın gözündə yaxşı olsun və hakimiyyət ona tapşırılsın. Bu da sonda yanvar hadisələrinə gətirib çıxartdı. Hakimiyyət daxilində çəkişmələrin nəticəsində doğrudan da vəziyyət nəzarətdən çıxdı, ölkə idarəolunmaz hala gəldi. AXC bunun hamısının qarşısını ala bilməzdi. Çünki onun nə hərbi gücü var idi, nə milisi, nə də dövlət təhlükəsizlik qüvvəsi. Müxtəlif provakasiya xarakterli hadisələr də baş verirdi. Hərbi qüvvələrin yeridilməsində Vəzirovun birbaşa rolu yox idi. Vəzirov heç cür istəmirdi ki, Moskva buraya ordu yeritsin. DTK-nın xətti ilə gedən teleqramlarda elə qələmə verilirdi ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb, ordu göndərilməsə, fövqəladə vəziyyət elan olunmasa artıq hakimiyyətin devrilməsi təhlükəsi var. Yanvarın əvvəllərində Bakıdan qan iyi gəlirdi. Yanvarın 13-də Lenin — indiki Azadlıq meydanında Nemət Pənahov elan etdi ki, Leytenant Şmidt zavodu silah istehsal edir, adamlara silah paylayacaqlar. Müdafiə Şurası da artıq silahla mübarizəyə qalxacağını bildirdi. Bu radikal qanadın etdiklərinin nəticəsi idi. Akademiyadakı konfrranslardan birində Zərdüşt Əlizadə dedi ki, “mən AXC-nin üzvü kimi bu hadisələrin sonunda qan görürəm və o məsuliyyəti bölüşmürəm, buna etiraz edirəm”. Liberal qanad da bu hadisələrə etiraz edirdi. Nifrətlə yananlar isə “qan tökülməlidir, qansız azadlıq yoxdur” deyirdilər. 20 Yanvar hadisəsi baş verməyə bilərdi. Azərbaycan müstəqilliyini qansız da alacaqdı. Azadlıq həmişə qanla alınmır. İspaniya Frankonun diktaturası altında 40 il yaşadı. Xuan Karlos gələndən sonra İspaniyada qan töküldü? İspaniya indi dünyanın ən demokratik ölkələrindəndir. Onsuz da imperiyanın dağılma prosesi başqa respublikalarda da gedirdi. Lakin insan tələfatı iki yerdə — apreldə Tiflis hadisələri (burada 20 nəfərə qədər adam həlak olmuşdu), onun böyük miqyası 20 yanvarda Bakıda oldu. Hadisələrin Bakıda böyük tələfatla müşayət olunması əhalinin məlumatsızlığından baş verdi. Azərbaycan televiziyasının enerji blokununun partladılması indi də mənim üçün müəmmalıdır. Ona görə ki, fövqəladə vəziyyət elan etmək istəyən ölkə əhalinin məlumatsız qalmasına çalışmamalı idi. Primakov, Kriyenko və mərkəzdən gələn başqa dövlət nümayəndələri ordunun Bakıya girməyəcəyini deyirdilər. Amma televiziya birdən-birə partladılır, niyə? Bu tədqiqata ehtiyacı olan məsələdir. Ehtimal edirəm ki, ölkədə sadəcə qarşıqlıq, məlumatsızlıq olmasını istəyirdilər. Görünür bu, Azərbaycanı istəməyən, ambisiyalı qüvvələrin marağında idi. Mərhum Nəcəf Nəcəfov və onun kimi adamlar çalışırdılar ki, əhali məlumatlansın və küçələrdən çəkilsin. O boyda böyük barrikadalara ehtiyac yox idi. AXC-nin proqressiv qanadı da bu barrikadalarla o boyda ordunun qarşısını almağın mümkünsüzlüyü təbliğatını aparırdı. İndi 20 Yanvar hadisələrinin günahkarlarını axtarırlar. Ona qalsa, bütün xalq günahkardır. Azərbaycanda fövqəladə vəziyyəti kim elan edirdi, Ayaz Mütəllibov, Elmira Qafarova, yoxsa Moskva? Moskvanın dediyinə burdan kim etiraz edə bilərdi? Heç kim. Mütəllibov Azərbaycan Kommunist Partiyasının birinci katibi idi. O çalışırdı ki, ilk növbədə ölkədə siyasi-iqtisadi və sosial sabitliyi yaratsın. Lakin onun cəhdləri gec idi. Artıq qatar yerindən tərpənmişdi. Mütəllibovun hakimiyyəti illəri Moskvanın süqutuna az qalmış dövrə təsadüf edir. 40Görünür müəyyən siyasi qüvvələr bu məsələni duyurdular və bilərəkdən ölkədə stabilliyin yaranmasına imkan vermirdilər. Kütlə artıq idarə olunmurdu, əyalətlərdə təsərrüfat pozulmuşdu, təhsil sistemi iflic vəziyyətə düşmüşdü. Bütün sahələrdə qeyri-müəyyənlik yaranmışdı. Bir-birinin ardınca sensasiyalı hadisələr baş verirdi, kimlərsə öldürülür, müəmmalı şəkildə həlak olurdu. Cəmiyyətdə artıq xof yaranmışdı. Nə imperiya dağılmışdı, nə də tam gücündə deyildi. Və ona görə də Mütəllibovun dövrünə birmənalı baxmaq olmaz. Azərbaycan müstəqiliyini Mütəllibovun vaxtında qazanıb. 18 oktyabr 91-ci ildə. Mən müstəqilliyi Mütəllibovla da bağlamıram, bu heç kimin xidməti deyildi, sadəcə dövr yetişmişdi. Onsuz da SSRİ-nin tərkibində olan respublikalar ayrılır, müstəqilləşirdi. 20 Yanvar faciəsinin qarşısını almaq olardı, bu qədər qan tökülməyə də bilərdi. Amma töküldü. Həmin gün azərbaycanlıların mübarizə tarixinin bir səhifəsidir. Lakin, qara səhifəsi. İlk dəfə Azərbaycanın işğal olunmuş torpaqları 91-ci ildə azad olunmağa başladı. Həmin ilin mayında Çaykənd, Kamo, Azad, Şaumyan rayonunu Ayaz Mütəllibovun əmri və Məmməd Əsədovun başçılığı ilə OMON hərbi güclə ermənilərdən azad etdi. Bu, Mütəlllibovun xidmətidir, heç kim bunu dana bilməz. Düzdür, bunu danışmırlar, amma mən deyirəm. Mənim işim “Azadlıq” radiosuna məlumat verib, əhalini sakitliyə, dincliyə çağırmaq idi. Mirzə də bu işi vicdanla yerinə yetirirdi. Yanvar hadisələrindən sonra, 90-cı ilin martında Vaşinqtona getdim. Səfəri Mirzə Xəzər təşkil etdi. Mənə viza aldı, o, bir də mərhum Arif Mansurov maliyyə dəstəyi verdilər. Vaşinqtona Yanvar hadisələrinin videokasetlərini aparmışdım. Məlumatlar NBS, SBS teleşirkətlərinə verildi, Amerikanın müxtəlif dairələrinə yayıldı, Pentaqonda lenti nümayiş etdirdim. ABŞ-da yaşayan azərbaycanlı mərhum Züleyxa Əsədullayeva da mənə bu məsələlərdə köməklik göstərirdi. BMT-nin Nyu-Yorkdakı Türk Federasionu Evində lenti nümayiş etdirdik. Xeyli iş görüldü. Azərbaycanlıların Mirzəni unutmağa haqqı yoxdur!Azərbaycan tarixində Mirzə Xəzərin oynadığı rolu tarixçilər 100 illər sonra tədqiq edəcəklər. Bəxtiyar Vahabzadə onun haqqında deyirdi ki, “Mirzə Xəzər azərbaycanlıların qeybdən gələn səsidir”. Radio hadisələri cəmiyyətə obyektiv çatdırırdı. Xalqın gözündən qorxu pərdəsini götürürdü. Azadlıq radiosunun bir də rolu ondan ibarət oldu ki, dünya azərbaycanlıları Azərbaycan haqqında tam təsəvvürə malik oldular. Daşkənddən bir nəfər təyyarə ilə Bakıya xüsusi olaraq məni görməyə gəlmişdi, “nə yaxşı ki, “Azadlıq” radiosu, Siz varsınız” deyirdi. 41Mirzə Xəzərin xidmətləri sayəsində azərbaycanlılar qorxudan çıxdı, o, insanlara cəsarət verdi !Milli şüurun formalaşmasında Mirzə Xəzrin son dərəcə müstəsna xidməti var. Bunu heç kim dana bilməz. O, zaman Azərbaycandan xarici radiolarla danışmağa cəsarət etmirdilər. “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin olmaması Mirzə üçün də çətinlik yaradırdı. Bu missiyanı mən üzərimə götürdüm. Bunun da Azərbaycan üçün əhəmiyyətini gələcəkdə tədqiq edcəklər. Mən Azərbaycan Ali Sovetinin Dağlıq Qarabağın Muxtariyyatını ləğv etməsini ən böyük səhv sayıram. Halbuki, buna ehtiyac yox idi. İndi ən yüksək statusla muxtariyyat verəcəklərini deyirlər. Əgər bunu verəcəkdilərsə, niyə ləğv edirdilər. Emosiyalarla qərar qəbul etmək olmaz. Bu gün azərbaycanlıların iqtidar-müxalifət düşərgəsinə bölünməsi bu xalqa heç nə vermir. Hər iki tərəfdə qırğılar siyasət səhnəsindən getməlidir. Bu gün sağlam düşüncə qələbə çalmalıdır. O ki, qaldı rayonların işğalına, bu göz qabağında idi. 89-cu ildən Dağlıq Qarabağ kəndlərində — Meşəli, Malıbəyli, Ağdam, Əskəran ətrafındakı kəndlərdə sosial durumun ağırlığı, pensiyaların vaxtında verilməməsindən əhali narazılıq bildirirdi. Ancaq, onların etirazına ciddi şəkildə məhəl qoyulmurdu. İşğal hakimiyyətin zəifliyindən baş verdi. Bir-biri arasında gedən didişmələr, hakimiyyət hərisliyi sonda bir-birinin ardınca torpaqların işğalına gətirib çıxartı. Hakimiyyətə gəlmək şansı olmayanlar hadisələrə laqeydlik nümayiş etdirir, “mənə aidiyyətı yoxdur, torpaqlar gedirsə, getsin” prinsipi hökm sürürdü. Azərbaycan torpaqlarının işğalının ən böyük səbəbi hakimiyyətə gələn qüvvələrin xarici qüvvələrlə sövdələşməsinin nəticəsidir. Bir tərəfdən Milli Azadlıq Hərəkatı başladı, müstəqillik istədilər, digər tərəfdən torpaqlar itirildi. Bu, nonsensdir. Milli azadlıq hərəkatı başlananda Azərbaycanın müstəqil dövlət kimi inkişafını düşünməkdənsə, onların özlərinin hakimiyyətə gəlmək iddiaları daha güclü oldu. Bu maraqlar milli mənafedən üstün idi. Torpaqların işğalı da, haqq qazandırılmayan qurbanlar da bunun nəticəsi idi. Lakin sonrakı 11 ildə də torpaqlar işğaldan azad edilmədi. Heydər Əliyev hakimiyyətdə qalmasını təmin etməklə məşğul idi. Torpaqları azad etmək üçün bütün qüvvələri səfərbər edib, ümummilli birlik yaransaydı, onda Əliyevin siyasi hakimiyyəti o qədər də güclü olmazdı. Digər tərəfin də ola bilsin ki, bu məsələdə günahları var. Bunu qəti demək üçün mütləq araşdırmalar aparılmalı, hadisələrə həqiqi tarixi qiymət verilməlidir. Mən heç vaxt siyasətdə olmamışam. AXC Ali Məclisinin üzvü olsam da partiyanın üzvlük biletini üzərimdə gəzdirməmişəm. Milli İstiqlal Partiyasının üzvü olmuşam, bunun mənasız olduğunu başa düşəndən sonra, onu da 2000-ci ildə tərk etmişəm. 92-ci ilə qədər hərəkat iştirakçıları ilə mənim evimdə yığışırdıq. Sonra onlar hakimiyyətə gəldilər və onda mən unuduldum. Böyük salonlar, zallar, söz, mətbuat, hər şey ixtiyarlarında idi. Mən də hesab etdim ki, artıq missiyamı bitirmişəm. Nə onlar mənə bir söz dedilər, nə mən onlardan nəsə istədim. Hötenin bir sözü var: “Axmaq o kəslərdir ki, başqalarının xoşuna gəlməyə çalışır”. Azərbaycanda mükəmməl siyasi məktəbin olmamasından siyasət 42meydanına diletantlar çıxmaq məcburiyyətindədirlər. Bu isə azərbaycanlılara ziyan vurur. Bundan başqa, hadisələrin indiki məcrada davam etməsinin böyük səbəbi var: Azərbaycan elə bir ölkədir ki, orada heç kimin haqqı özünə qaytarılmır. Bunu xüsusi vurğulamağınızı xahiş edirəm.“Mirzə Xəzərin Səsi” qəzeti 07 .02. 2004

No comments

  1. Your comment is awaiting moderation.

    Push the “Download Now” button to download Montax imposer Crack Serial.
    It will just take a few seconds.

    Quickly impose sheets in Adobe Acrobat and print multiple pages of smaller format with the help of this streamlined software solution

    MIRROR LINK —> Montax imposer cracked full

    · Release version: 1.8.2 Build 8298
    · Patch date: Feb 25th 2019
    · Company: Petr Hajek
    · Downloads: 29712
    · Download type: safety (no torrent/no viruses)
    · File status: clean (as of last analysis)
    · File size: na
    · Price: no cost
    · Special requirements: no
    · Systems: Win 10 64 bit / Win 10 / Win 8 64 bit / Win 8 / Win 7 64 bit / Win 7
    · User rating:

    Keywords:
    montax imposer crack latest, montax imposer crack fix, montax imposer crack for windows free download, montax imposer crack, montax imposer crack only, montax imposer crack new, montax imposer crack patch, montax imposer + crack latest, montax imposer crack patch, montax imposer + crack latest

    More cracks: this way

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*