Bura Azərbaycandır! 4.7 milyardlıq mənimsəmə necə ola bilər? Şüarlarla danışmaqla deyil, fakt olsun gərək

musavat.com

Cahangir Hacıyev məhkəmədə ifadəsinin əvvəlində deyib ki, üç ildir nə telefonla danışa bilir, nə də vəkillə görüşə bilir. Sabiq bankir ona qarşı irəli sürülmüş ittihamı şou adlandırıb. Onun bu çıxışına dövlət ittihamçısı etiraz edib. Hakim isə Hacıyevdən ittihamın mahiyyəti üzrə danışmağı tələb edib: “Ötən məhkəməmdə sanki şou göstərirdilər. Məni maraqlandıran odur ki, görəsən ittihamçılar bu işlə tanış olanda televizora baxıblar? Əsaslarla tanış olublar? 4,7 milyardlıq mənimsəmədə ittiham edirlər. Bu rəqəm bilirsiz nə deməkdir? Azərbaycan büdcəsinə Neft Fondundan transfertləri çıxsaq, büdcənin yarısı deməkdi. Hətta niyyət olsa belə, bu qədər vəsaiti mənimsəmək mümkün deyil. 4.7 milyard Mərkəzi Bankın valyuta ehtiyatlarına bərabər rəqəmdir. Valyuta ehtiyatları 5.5 milyarddır, o vaxt 4 milyard idi. İttihamlar əsasən Moskva bankıyla bağlıdır. Moskva bankının aktivləri 2 milyard olduğu halda, 4.7 milyardlıq mənimsəmə necə ola bilər? Şüarlarla danışmaqla deyil, fakt olsun gərək. Ən azı, rəqəmlərə baxmaq lazımdır. Əminəm ki, vəkillərin çoxu, əsasən də dövlət hesabına təyin olunanlar, ittihamçılar, hətta hakimlər də işi tam oxumayıblar. Dövlət ittihamçısı cinayət işinin 365 cild olduğunu deyir, halbuki, 361 cilddir”. Cahangir Hacıyev deyir ki, 4.7 milyardı özü və ailəsi üçün xərcləməyib və ümumiyyətlə bu məbləğ ortada yoxdur”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*