Tale Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasına başlayıb

azadliq.info

Qobustan həbsxanasında cəza çəkən Tale Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasına başlayıblar. Bu barədə yazar Zümrüd Yağmur məlumat verib. O bildirib ki, Abbas Hüseyn ailəsi ilə əlaqə saxlayıb və Qobustanda olduğunu bildirib. A.Hüseyn ailəsinə aclıqaksiyasına başladıqların deyib: “5 gündür Tale Bağırzadə, 2 gündür Abbas Hüseyn aclıq aksiyasına başlayıb. Onlara qarşı edilən basqı və işgəncələr davam edir. Hətta ailəsi bildirir ki, Abbas Hüseyn bunları belə telefonda deyərkən ona təyziq olub, əlindən dəstəyi alıb ona danışmağa imkan verməyiblər. Abbas Hüseyn onu da bildirib ki, Tale Bağırzadəni hamamdan, telefonla danışmaqdan da məhrum ediblər və bütün bunlarda Aftandil Ağayev şəxsən və birbaşa özü iştirak edir”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*