Dünyaya nümunə olan fenomen Azərbaycan dünyanın korrupsiya çempionudur

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu “musavat.com”a bildirir ki, korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür: “Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə “çempion” olub. Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı 8, Uqandanı isə 3 pillə qabaqlayıb. Bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən “birinciliyi” də ala bilər. Azərbaycanda baş verən hətta adını çəkdiyim ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi. Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı,ya da istefaya göndərilməlidir. Çünki korrupsiya ilə mübarizə milli təhlükəsizlyin təminatı qədər önəmlidir”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*