Təzad: Almaniyada minimum əmək haqqı 1498 avro, Fransada da 1498 avro

2016-cı ildə Almaniya 1 trilyon 207 milyard avroluq mal ixrac və 954 milyard 600 milyon avroluq mal idxal etmişdir. Müsbət ticarət balansı 253 milyard avro olmuşdur. Almaniyada minimum əmək haqqı 1498 avroya bərabərdir. Eyni il Fransa 436 milyard avroluq məhsul ixrac etmiş və 482 milyard avroluq mal idxal etmişdir. Mənfi ticarət balansı 46 milyard avroya bərabər olmuşdur. Buna baxmayaraq minimum əmək haqqı Fransada 1498 avrodur. Deməli xəzinəsi boşalmış Fransa dövləti borca girib vətəndaşlara yüksək maaş verir. Makron bunu düzəltmək istədi, amma rahatlığa öyrəşmiş vətəndaş istəmədi və küçələrə çıxıb hər yerə od vurdu. Makron geri çəkildi. Fransada heç bir şey dəyişmədi: köhnə hamam, köhnə tas…Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*