Salome Zurabişvilinin əri Canri Kaşia

Gürcüstanın prezidenti seçilən Salome Zurabişvilinin ikinci əri,  tanınmış gürcü ziyalısı və dissidenti Canri Kaşia vaxtı ilə “Azadlıq” radiosunun gürcü redaksiyasında işləmiş və hətta 1984-cü ildə redaksiyanın rəhbəri vəzifəsinə təyin edilmişdir. Özünü Brejnev dövrünün sonuncu siyasi mühaciri adlandıran Canri 1982-ci ildə Fransaya mühacirət etmiş  və oradan Münxenə, “Azadlıq” radiosuna dəvət olunmuşdur. Şəxsən tanıyırdım. Qısa zaman sonra Canri istefa verib Parisə qayıtdı. Sonralar  Salome Zurabişvili ilə evləndi. 2012-ci ildə 73 yaşında Paris xəstəxanasında əməliyyat zamanı vəfat edib.

 

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*