Mirzə Xəzər: ”Bu gün mən təzədən dünyaya gəldim”

Bu gün mən təzədən dünyaya gəldim.

Gördüm ki, dünya elə eyni dünyadır…

Bu gün mən təzədən dünyaya gəldim. Sevindim. Gördüm ki, dünya elə eyni dünyadır. Gördüm ki, İlham Əliyev hələ də prezidentdir. Gördüm ki, Qarabağ hələ qaytarılmayıb. Gördüm ki, kasıblar kasıb qalıb, varlılar daha da varlanıb. Gördüm ki, Astara gömrükxanası bir mütəşəkkil cinayətkar qrupun cibindən 2 qram heroin tapıb. Gördüm ki, 26 milyon dollara başa gələn bayraq hələ dalğalanır. Gördüm ki, siyasi məhbuslar hələ də həbsdədir. Gördüm ki, Dubayda kimlərinsə 75 milyon dollara aldığı villalar yerində durub. Gördüm ki, görməmiş “maqnatlar” ölkəni hələ də bölüb-parçalayıb qurtarmayıblar. Gördüm ki, istedadı hələ də „əqrəb kimi pusanlar var“. Gördüm ki, Azərbaycanı bürüyən “öndər“ heykəlləri sağ-salamatdır. Gördüm ki, ədalət bizdən hələ uzaqdır. Gördüm ki, „didərgindən heç nə yazmaz mətbuat“ yerində sayır. Gördüm ki, kimlərsə kiminsə ölüm xəbərini yayıb sevinənlər hələ var. Qayıdıb gördüm ki, dünya elə eyni dünyadı, kədərləndim. Dünyaya təzədən gəlməyimə sevindim? Sevindim, gəlməsəydim görməzdim, görməsəydim yazmazdım! Nə yaxşı ki, insana qiymət verən sizlər varsınız, əziz dostlar! Çox sağ olun və həmişə sağ olun!

Mirzə Xəzər
15.08.2011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*