Aviqdor Liberman istefa verdi, siyasi səhnə təmizləndi

Aviqdor Liberman istefa verdi. Çoxdan getməli idi, gecikib. Opportunizm buna deyirlər. Liberman ölkədə yaranmış gərgin şəraitdən öz xeyrinə istifadə etmək qərarına gəlib. Bu səbəbdən dərhal yeni seçki keçirilməsini tələb edib. Əbəs yerə. Əsas etibarilə rusdilli mühacirlərin səsi ilə siyasi səhnədə qalmağı bacaran Liberman siyasi vəziyyətə düzgün qiymət verə bilməyib. Hazırda onun “İsrail evimizdir” partiyasının 120 yerli Knessetdə-parlamentdə 5 deputatı var. Seçki keçirilməyəcək. Netanyahu hökuməti seçki keçirilmədən gələn ilin payızına kimi öz işi ilə məşğul ola bilər. Ümumi qənaətə görə İsraildə bu gün Netanyahuya alternativ siyasətçi  yoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*