Çingiz Mustafayev Ayaz Mütəllibova nə demişdi?

Keçmiş prezidentin strateq.az saytına müsahibəsindən:

“Ayaz müəllim, Çingiz Sizə nə dedi ki, “getmə” dediniz. “Mənə deyirsən, amma mən də sənə deyirəm ki, getmə”. Deməli, Sizə çox önəmli şeylər deyib.

– Bəli.

– Aradan 30 il keçib, indi demək olmazmı?

– Yox.

– O qədər önəmli idimi?

– Gündəmdə olan məsələlərə aid idi. Onsuz da orada-burada müxtəlif söz-söhbətlər var, mən sizə həqiqəti dedim.

– Amma Çingizin Sizə nə dediyini demədiniz.

– Dedi, mən məəttəl qaldım.

– Özümüzünkülərmi etmişdi o üz-gözdəki yaraları? Onumu deyirdi Çingiz?

– …(Uzun pauza)

– Heç kimə deməyəcəksinizmi?

– Hələlik yox.”

http://www.moderator.az/news/246796.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*