Amerika Suriyanı tərk etməz

American special forces in Manbij, Syria, near the border with Turkey, this month.CreditMauricio Lima for The New York Times

Amerikanın Suriyanın Deyr-el-Zor əyalətinə nəzarət etməsi Rusiyanı ciddi surətdə narahat edir. Deyr-el-Zor sadəcə əyalət deyil, bu regionda zəngin neft yataqları vardır. Rusiya ABŞ-ın bölgədən çıxmasını istəyir. Təkcə Rusiya yox, Türkiyə də ABŞ-ın regionu tərk etməsini tələb edir. Lakin əbəs yerə. Fevralın 7-də vilayəti amerikalıların əlindən almaq üçün hücuma keçən rus muzdlularının və iranlı yaraqlıların amerikan qüvvələri tərəfindən tamamilə məhv edilməsi, Vaşinqtonun bu bölgədən çıxmaq niyyətində olmadığını sübut edir. Rusiyanın səmimiyyəti şübhə doğurur. Məlumdur ki, Moskva ilə Dəməşq arasında əldə edilmiş razılığa görə Suriyada neft və qaz hasilatına Rusiya nəzarət edəcək. Deməli, Kreml Suriyanın neft və qazını tək yemək istəyir, amma türkün sözü olmasın, yeməzlər!

(c) Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*