“Azərbaycan hökuməti tənqidçilərini əzməyə davam edib” – hesabat

Human Rights Watch deyir ki, hazırda Azərbaycan həbsxanalarında İlqar Məmmədov kimi onlarla jurnalist, siyasi və vətəndaş cəmiyyəti fəalları var.

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı dərc etdiyi illik hesabatında Azərbaycan hökumətinin 2017-ci ildə tənqidçilərini əzməyə davam etdyini deyir.

HRW iddia edir ki, 2017-ci ildə Azərbaycan məhkəmələri siyasi motivli və ədalətsiz proseslərdə ən azı 25 jurnalist, siyasi və gənc fəala həbs cəzası kəsib.

Təşkilat həmçinin iddia edir ki, bu dövrdə eyni səbəblərə görə onlarla insan saxlanılıb, cinayətdə ittiham olunur, ölkəni tərk edib və ya xaricə getmələri qadağan edilib.

HRW ölkədə sərt qanun və qaydaların azad təşkilatlara işlərini davam etməyə və maliyyələşməyə imkan vermədiyini və saxlanma vaxtı insanların hələ də pis rəftar və işgəncələrlə üzləşdiklərini iddia edir.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya müsahibəsində HRW-u “Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv” qurum adlandırıb və hesabatı şərh etmədiklərini deyib.

http://www.bbc.com/azeri/azerbaijan-42736989

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*