Naxçıvan xanının doğum günü


Dünya Vasif Talıbovun doğum gününü qeyd edir! Heç bilirdiniz ki, iki universitet bitirən Naxçıvan xanı Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyasının redaksiya heyətinin sədri, Naxçıvan Dövlət Universitetinin, Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin və Batumi Dövlət Universitetinin fəxri doktorudur? İndi bilin. Zarafat bir yana, “Vikipediya“nın alman dilində olan nəşrində Vasif Talıbov haqqında maraqlı qeyd vardır: sitat “Vasif Talıbovu Türkmənistanın keçmiş prezidenti “Türkmənbaşı” Saparmurat Niyazova oxşadaraq, ona “Naxçıbaşı” təxəllüsü ilə müraciət edirlər. Ağır iqtisadi və siyasi vəziyyət, hüquqsuzluq, zorakılıq və korrupsiya üzündən bir çox Naxçıvan sakini muxtar respublikatı tərk etməyə məcbur olmuş, hətta Türkiyə, İran və Rusiyada bəxtini sınamalı olmuşdur”.

 

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*