Dövlət Departamentinin strateji Azərbaycan gedişi

 

 

ABŞ Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsinə dair bəyanatının Azərbaycan xarici işlər nazirliyini təəccübləndirməsini anlayışla qarşılamaq lazımdır. Azərbaycan uzun illərdir Vaşinqtonda lobbiçilik fəaliyyətinə külli miqdarda vəsait ayırır. Amerika yəhudi lobbisi Azərbaycanı və Azərbaycan hakimiyyətini Vaşinqtonda təbliğ edir. Azərbaycan da qərbpərəst siyasət yeridir. Və bütün bunlara baxmayaraq, Amerika xarici işlər nazirliyinin rəsmi hesabatında Azərbaycanın terrorçu qrupların hədəfinə çevrilən qeyri-sabit ölkə kimi qələmə verilməsi sadəcə təəccüb yox, daha çox təşviş doğurmalıdır. Dövlət Departamentinin hesabatı ötəri qərar deyildir, bir illik dərin təhqiqatın nəticəsidir və təsadüf əsəri sayıla bilməz. Bunun arxasında düşünülmüş strateji layihə olmadığını söyləmək səhv olardı…

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*