Şərh: Həsən Ruhani Emanuel Makrondan tələb edir

 
İran prezidenti Həsən Ruhani Fransanın prezidenti Makrona zəng edərək İran əleyhdarı  terrorçulara qarşı dərhal tədbir görməyə çağırmışdır. Həsən Ruhani bununla Məryam Rəcəvinin rəhbərlik etdiyi “Mücahidini Xalq” adlı radikal marksist təşkilatı qəsd edir. Bir zamanlar Səddam Hüseynin qanadı altında İraqda məskən salmış “Mücahidini Xalq” təşkilatının qərargahı hal-hazırda Fransada yerləşir. 2012-ci ilə kimi İran və İraqla yanaşı Avropa Birliyi, Böyük Britaniya, Kanada və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınmışdır. İran iddia edir ki, hazırda Səudiyyə Ərəbistanının tapşırığı ilə hərəkət edir və məqsəd İranda sabitliyi pozmaqdır.  Lakin bəzi məlumatlara görə, iranlılar arasında “Mücahidini Xalq”a rəğbət cüzidir. 
 
Əgər İranı bürümüş üsyanı  doğrudan da “Mücahidini Xalq” idarə edirsə və nəticədə məhz bu radikal (militant) marksist təşkilat hakimiyyətə gələrsə, İran yağışdan çıxıb şiddətli yağmura düşə bilər: ölkə bir ifratdan çıxıb, bundan qat-qat qanlı və amansız bir ifrata tərəf yuvarlana bilər ki, bunun Yaxın Şərq regionu üçün mənfi nəticələrə gətirib çıxardacağını qeyd etmək artıqdır…
 (c) Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*