Azərbaycanda minimum aylıq əmək haqqı Nigeriyadan 26 dollar çoxdur

Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Minimum əmək haqqı – işçilərin əməyi müqabilində ödənən məbləğin aşağı həddidir.

Sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub. 130 manat 76 dollara bərabərdir.

Müqayisə üçün:

İsraildə minimum aylıq əmək haqqı – 1520 ABŞ dolları
Nigeriyada minimum aylıq əmək haqqı – 50 ABŞ dolları
Namibiyada minimum aylıq əmək haqqı – 121 ABŞ dolları

Deməli, Azərbaycanda minimum əmək haqqı İsraildən 20 dəfə, Namibiyadan 50 dollar azdır. Lakin məsələnin müsbət tərəfinə baxaq-Azərbaycanda minimum orta aylıq əmək haqqı Nigeriyadan 26 dollar çoxdur. Buna da şükür…

 

“Mirzə Xəzərin Səsi”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*