Qüdsdə (Yerusəlimdə) Netanyahunun ofisi yanında etirazlar

“Teva”  əczaçılıq şirkətinin yüzlərlə işçisi rəhbərliyin bütün İsrail üzrə 1750 əməkdaşını (ölkədəki personalın təxminən dörddə biri) ixtisar etmək planlarına qarşı etiraz edir.

Virtualaz.org bildirir ki, bu barədə “Times of Israel” nəşri xəbər yayıb.

Etiraz edənlər Qüdsdə (Yerusəlim), Netaniyada, Aşdodda və Petax Tikvvada “Teva” ofislərinin yanına toplaşıblar. Aeroportlar, banklar və hökumət idarələri bağlanıb. Qüdsdə nümayişçilər şinləri yandıraraq İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə doğru hərəkət istiqamətini kəsiblər.

Keçən həftə şirkət növbəti iki ildə bütün dünyada 14 min işçini ixtisar edəcəyinin anonsunu vermişdi. Bu, bütün dünyada Teva əməkdaşlarının dörddə biri deməkdir.

Qeyd edək ki, keçən il ABŞ Tevanı 214 milyon dollardan çox qanunsuz gəlir əldə etməkdə ittiham etmişdi.

Virtualaz.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*