Araz Ağalarovun şərikinə 7 güllə vurdular

Moskvada “Crocus City  Oceanarium”un baş direktoru və təsisçisi güllələnib. Virtualaz.org xəbər verir ki, hadisə dünən səhər baş verib. Rusiya İstintaq Komitəsi məlumatı təsdiqləyib, qətlin bəzi təfərrüatlarını açıqlayıb.

Məlumata görə öldürülən şəxs 52 yaşlı biznesmen Andrey Çernovdur. Qətl avqustun 4-də səhər saatlarında Suvorov parkında törədilib. Naməlum killer biznesmenə 6 dəfə atəş açıb, o, hadisə yerində ölüb. İstintaq qətlin hər hansı mümkün motivini açıqlamır.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən isə TASS-a bildiriblər ki, Çernovu səhər qaçışı zamanı güllələyiblər. Mənbə biznesmenə 6 dəfə yox, 7 dəfə atəş açıldığını bidirib. “Çernovun yaxınlarının və qohumlarının bildirdiyinə görə, onun mövcud biznesi kilə bağlı heç bir problemi yox idi və ya rəqibləri ilə münaqişəsi olmamışdı”-mənbə bildirib.

Rusiya mətbuatı qətlin sifarişli olduğunu ehtimal edir. Life.ru bildirir ki, killer biznesmeni bir neçə gün ərzində izləyib və qətl üçün ideal yer seçib. Hadisənin baş verdiyi yerin yaxınlığında heç bir videomüşahidə kamerası yoxdur və biznesmenin güllələndiyini görən olmayıb. Killer hadisə yerində heç bir ip ucu buraxmadan uzaqlaşıb.

“Crocus City Oceanarium” 2016-cı ilin sonlarında Araz Ağalarova məxsus “Crocus City” ticarət-əyləncə mərkəzində açılıb. Bu, Ağalarovun biznes aktivlərindən biridir. Ötən il okeanariumun açılışızamanı elan olunub ki, orada 10 minə yaxın dəniz canlısı yaşayır, onlar planetin ən müxtəlif regionlarından gətirilib.

 

Virtualaz.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*