Azərbaycan ixracatda dünya lideridir: Çanta – 7 ədəd, asılqan – 2 ədəd, köynək – 1 ədəd…

Çanta – 7 ədəd, asılqan – 2 ədəd, köynək – 1 ədəd… Azərbaycandan ixrac edilən məhsulların gülməli statistikası açıqlandı

İqtisdaçı ekspert Samir Əliyev Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən Azərbaycandan ixrac edilən bəzi məhsulların gülməli statistikasını açıqlayıb.

Ekpert təqdim etdiyi siyahını “2016-cı ildə qeyri-neft ixracımızdan seçmələr” adlandırıb:

Diri at (safqanlı) – 5 ədəd,

Camış – 6 ədəd,

Qabığı təmizlənmiş badam – 20 kq,

Qabığı təmizlənmiş qoz – 80 kq,

Təzə və ya qurudulmuş əncir – 20 kq,

Təzə və ya qurudulmuş limonlar – 20 kq,

Qurudulmuş qara gavalı – 40 kq,

Nərə balıqlarının kürüsü – 30 kq,

Aviasiyada işlənən təzə pnevmatik rezin şinlər – 59 ədəd,

Təbii dəridən sakvoyajlar, çamadan, qadın yol çantaları – 7 ədəd,

Ağacdan paltar asılqanları – 2 ədəd,

Qadınlar üçün kimyəvi sapdan palto, yarımpalto, plaşlar – 5 ədəd,

Kişilər üçün yun iplikdən trikotaj pencək və blayzerlər – 6 ədəd,

Kişilər üçün kimyəvi saplardan trikotaj köynəklər – 1 ədəd,

Qadınlar üçün trikotaj şalvar,önlüklü və qayışlı kombinezonlar, şortlar – 1 ədəd,

Trikotaj əlcəklər – 30 cüt,

Kişilər üçün toxunma kostyumlar – 3 ədəd,

Qadınlar üçün çimərlik kostyumları – 2 ədəd,

Sukeçirməyən altlıqlı, rezin və ya plastmass üstlü ayaqqabılar – 10 cüt.

Bastainfo.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*