Almaniya hökuməti Cənubi Qafqazdan olan miqrantları deportasiya edir

Almaniya Ermənistan, Azərbaycan və Gürcüstandan olan miqrantların Düsseldorf aeroportundan kütləvi deportasiya etməyə başlayıb, xəbəri Almaniyanın RP-Online.de nəşri yayıb.

Proses xarici vətəndaşların sığınacaq verilməsi haqqında çoxsaylı sorğuları araşdıran Düsseldorf hakimiyətinin qərarından sonra başlayıb. Beləliklə, alman hakimiyyəti son illər qaçqınların sayının kəskin şəkildə artmasına qarşı mübarizə aparmağa çalışır, – Turan xəbər verir.

“Deportasiya olunanların sayı daim artacaq, hər kəs buna hazır olmalıdır. Bu miqrasiya böhranının əks tərəfidir”, – Almaniya daxili işlər nazirliyinin rəsmisi Burxard Şneyder deyib.

Bastainfo.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*