Almaniya televiziyasında sensassiya: AŞ PA, Azərbaycan və korrupsiya (VİDEO)

 

Almaniyanın ikinci televiziya kanalı-ZDF iyunun 30-da Avropa Şurasında korrupsiya qalmaqalı və Azərbaycanın bu qalmaqalda rolu barədə xüsusi verilişi efirə verib. ZDF kanalı qeyd edir ki, Azərbaycan hökuməti Avropa Şurasını tərəfinə çəkmək üçün AŞ PA üzvlərinə hədiyyələr paylamışdır. ZDF Avropa Şurasının prezidenti Arqamuntun məhz Azərbaycan hökumətinin xeyrinə işlədiyinə görə vəzifədən istefa verdiyini bildirir.

 

Video0 bu linkdədir: https://www.zdf.de/nachrichten/heute-journal/heute-journal-vom-30-juni-2017-100.html

 

Məsələ yeni deyildir. Artıq aylardır bu biabırçılıq xarici və yerli mediada işıqlandırılır.

Azadlıq” qəzetinin yazddığına görə,  P.Aqramuntun adı Azərbaycan hakimiyyətinin AŞ PA deputatlarına külli miqdarda rüşvət verilməsi ilə bağlı araşdırmada da hallandırılır. P. Aqramunt AŞ PA  üzvləri arasında Əliyev hakimiyyətinin adamı kimi tanınır.

Strasburqda Avropa Şurası Parlament Assambleyasının Bürosu bu  qurumda korrupsiyanın araşdırılması üzrə orqanın səlahiyyətlərini təsdiq edib.

Korrupsiya faktları arasında Azərbaycan nümayəndələrinin italiyalı deputat Luka Volonteyə rəsmi Bakının maraqlarını təmsil etmək üçün 2,9 mln. avro verməsi haqqında qalmaqal da yer alır. Korrupsiyanın araşdırılmasında instrumental rol oynayan Avropa Sabitlik Təşəbbüsünün rəhbəri Gerald Knaus “Amerikanın səsi”nə müsahibədə AŞPA-da müstəqil təhqiqatın aparılması üçün qurumun qarşılaşdığı təzyiqlər və korrupsiya ittihamları, AŞPA sədri Pedro Aqramuntun istefası haqda danışıb.

– Bu, presedenti olmayan, tarixi bir addımdır. Ona görə ki, Assambleya bu mərhələdə özü etibarlı təhqiqat apara bilmədiyini etiraf etdi. Büro və bir çox üzvlər müstəqil təhqiqat aparılması üçün təzyiq göstərdi. Buna böyük müqavimət göstərilirdi. Amma daha çox insan bunun Avropa Şurasının legitimliyinin müdafiəsi və etibarlılığı üçün çox mühüm olduğunu düşünürdü. Və uzun mübarizədən, gecikmələrdən və prosessual “hiylələrdən” sonra nəhayət şəffaflıq istəyən insanlar bu həftə qələbə çaldılar. İndi əsas məsələ odur ki, təhqiqata rəhbərlik etmək üçün düzgün insanlar seçilsin. Əgər bu belədirsə, biz əmin ola bilərik ki, AŞPA nəhayət korrupsiya məsələsi ilə ciddi məşğul olacaq.

– AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan hökuməti ilə yaxın əlaqələrilə tanınır. O, Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair müsbət hesabatın hazırlanmasında iştirak edib. Siz onun liderliyinə etibar edirsinizmi?

– Mənim Pedro Aqramuntun rəhbərliyinə heç bir etimadım yoxdur.”

Qalmaqal davam edir…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*