Sorğu: Azərbaycanda ateist yoxdur, Türkiyədə əhalinin 88 faizi cənnət və cəhənnəmə inanır

Dünya əhalisinin 62 faizi özünü dindar hesab edir. İnsanların 74 faizi ruhun olduğuna, 71 faizi Allaha, 56 faizi cənnətə, 49 faizi cəhənnəmə, 74 faizi isə ölümdən sonra həyata inanır. Dünyada ən dindar ölkə Tayland, ən az dindar olan ölkə isə Çindir.

Maraqlı sorğudur.Amerikanın ən məşhur “Barem-WIN/ Gallup International” şirkətinin sorğusuna 66 min respondent cəlb edilib. Sorğuya əsasən dünyada əhalinin 41 faizi özünü dindar hesab edir.

Azərbaycanda vətəndaşların 35 faizi dindar adlandırmışdır. Rəyi soruşulanların 64 faizi dindar olmadığını bildirmişdir. Maraqlıdır ki, Azərbaycanda özünü ateist (allahsız) adlandıranların sayı sıfıra bərabərdir.

Ruhlara, cənnət və cəhənnəmə inam məsələsində ən maraqlı nəticə Türkiyədə özünü büruzə verib. Türkiyədə sorğuda iştirak edənlərin 74 faizi özünü dindar hesab etdiyini, 95 faizi Allaha inandığını, 91 faizi ruhun var olduğunu, 88 faizi cənnət və cəhənnəm qavramlarına, 78 faizi isə ölümdən sonra həyata inandığını bildirmişdir.

 
Hazırladı: Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*