Milyonçu “Şərurlu İsfəndiyar”: “Yazıb-oxuya bilmirəm”

 

Bu gün Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə naxçıvanlı oliqarx, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov ifadə verib.

“Şərurlu İsfəndiyar” bu gün şahid kimi çağırıldığı məhkəmədə istintaqda dediklərini təkzib edib. O, deyib ki, istintaqda dediklərindən xəbəri yoxdur. Çünki o, nə yaza, nə də oxuya bilir.

İ.Axundovun dedikləri: “Mən orta məktəb qurtarmamışam. Oxuya və yaza bilmirəm. Müstəntiq vəkilimin dediklərini yazıb. Mən də imzalamışam. Müstəntiqə gedəndə dedim ki, necə məsləhətdirsə, münasibdirsə elə də yazaq. İstintaqda yazılanlardan xəbərim yoxdur”.

İş adamı istintaqa ifadəsini təsdiq etmədiyini, Akif Çovdarov və digərləri ilə heç bir əlaqəsinin olmadığını bildirib. Növbəti məhkəmə iclası aprelin 3-nə təyin edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*