Yuxunuz şirin olsun AKP-yə səs verən qardaşlarım


İstanbulun “Reina qətliamı”nı törədən terrorçu mənşəcə sən demə tacikmiş. O, uzun müddət İranda dini təhsil alıbmış. Daha sonra bir müddət Tacikstanda, Özbəkistanda, hətta Suriyada bir sıra terror
eyləmlərində bulunub. Onun adını kimsə bilmirdi. Tadim ki, İstanbulda toretdiyi terror eyləmlərinə qədər. Bu, Əbdülqadir Maşaripovdur.

 
Polis sorğusunda verdiyi ilk ifadələrindən ortaya ilginc məlumatlar cıxıb. Sən demə terrorçu silahı daşıdığı zaman, yanındakı terorçu qadın çarşab geyir və qucağında isə uşaqla sərbəst gəzə bilir.

 
Onun verdiyi məlumata görə terrorçular saqqallı və yanında qadınlar ərəb qiyafəli çarsabla olsalar, Turkiyə polisi və təhlükəsizlik xidməti orqanları “bizimki”lərdir deyib, hətta onları yoxlamırlar.

 
Bunu ötən gün Niderland Kralligin Rotterdam şəhərində bizimlə görüsdə Turkiyədə əməkli olmuş keçmiş yüksək cinli məmur dedi. Onun verdiyi məlumata görə, indi Turkiyede istər polsdə, istərsə xüsusi
xidmət orqanlarında kifayət qədər “mollalar”, yəni qatı dindarlar xidmət edirlər.

 
Xatırladaq ki, Ərdoğan Türkiyəsnin polisləri ibadətdə olduqları zaman, Rusiyanın Turkiyədəki səfiri Andrey Karlov terror nəticəsində çox asan bir şəkildə öldürülüb. Bu din tüccarları Türkiyədə
meydan suladıqca, terrorun da ardı-arası kəsilmək bilmir. Ölkə Ərəbistana döndükcə, terror bu ölkəni çökdürəcək. Türkiyə-Rusiya münasibətlərinin getdikcə yaxşılaşdığı bir dönəmdə, görünür “kafirdən dost olmaz” prinsipi ilə saqqallı din dəllaları bu torrora
rəvac verdilər.

 
AKP hökumətinin terrora qarsı tutduğu mövqeyi hələ də kimsəyə doğru-düzgün bəlli deyil. Ona görə ki, bu partiya dünyəvi dövlət olan Atatürk Turkiyəsini özləri çökdürürlər.
Türkiyədə AKP höküməti terrora qarşı dövlət səviyyəsində mübarizə aparmaq əvəzinə, yüksək trubinadan terrorçulara qarğış yağdırırlar. Ölkə rəhbərindən tutmuş bakanlara kimi, camilərdə imamlar,
mollalardan tutmuş din tüccarlarına kimi, eləcə də hamamçılar, naxırçılar, pinəçilər və bütün AKP sevdalıları hamılıqla terrora “LƏNƏT” yağdırırlar. Cünki, lənət olan yerdə, dövlətin qanununa gərək yoxdur….
İndi sayın Rəcəp Tayyib Ərdoğan da terrora qarşı daha məntiqli və pafoslu mücadilə edir. Kişi nə təhər hirslənibsə, terrorçuları əmniyyətin deyil, verib Allahin ixtiyarına. Hər cıxışında bağıra-bağıra
“Allah terrorçuların bəlasını verisn” deməklə sayın Ərdoğan YARADANI terrorçulara qarşı savaşa qoşub… Deməli bundan sonra Türkiyədə bir nəfər terrorçu qalmayacaq, hamısı Allahın bəlasına gəlib məhv olacaqlar?!.

 
Daha bundan sonra əbalı və əmmaməli türk qardaşlarımız, heç narahat olmayın. Gedin camilərdə rahat məzhəbçiliyinizlə məşğul olub, saqqalınıza həna qoyub, axşamlar isə pilavdan (aş) yeyib xorultu
ilə yatın. Çünki, AKP hökuməti sizləri terrorçulara qarşı bəddualar oxumaqla qoruyur…

 

Yuxunuz şirin olsun mənim saçi və saqqalı xınalı türk qardaşlarım….
Elman Mustafazadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*