Türkiyədə çevirilişə cəhd günü Çavuşoğlu Kəmaləddin Heydərova niyə zəng vurdu?

 

Türkiyədə çevirilişə cəhd günü Çavuşoğlu Kəmaləddin Heydərova niyə zəng vurdu?FETÖ terror təşkilatının Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefonla əlaqə saxladığı ilk şəxslərdən biri Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov olub 

Bu barədə Türkiyənin dövlət informasiya agentliyi Anadolu Ajans (AA) məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, AA-ın müxbirinin diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə FETÖ terror təşkilatının müdhiş çevriliş cəhdi başladıqdan həmən sonra 24 saat ərzində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 35 diplomatik şəxslə telefon əlaqəsi saxlayıb. Bir çox ölkələrin xarici işlər nazirləri ilə təmasa keçən Mövlud Çavuşoğlu onları baş verən hadisələrlə bağlı məlumatlandırıb. Çavuşoğlunun telefon əlaqəsi saxladığı xarici işlər nazirlərindən biri də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov olub. 

Maraqlıdır ki, Mövlud Çavuşoğlunun əlaqə saxladığı 35 şəxsin arasında xarici işlər naziri olmayan yeganə şəxs Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub. Qeyd edək ki, Türkiyənin Xarici İşlər nazirinin Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu çevrilişə cəhdin ilk saatlarında araması da diqqət çəkir. Çavuşoğlunun Kəmaləddin Heydərovla nələri müzakirə etməsi ilə bağlı isə heç bir məlumat yoxdur. (pia.az)

Şərh: Maraqlı məlumatdır. Çavuşoğlu niyə məhz  Kəmaləddin Heydərovu seçib? Bunun arxasında hansı məqsəd və mətləblər gizlənir? Elə təəssürat oyanır ki, Azərbaycanda ən mötəbər şəxs İlham Əliyev deyil, Kəmaləddin Heydərovdur. Bakıda hakimiyyətdə ikitirəlikmi var?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*