Məktub: “Əslində onlar xalqın “otxod”larıdır”. Əli Həsənov: Prezident azərbaycanlılara hörmət edir

Deputat Astanın azərbaycanlılara qarşı üsyanı bu hakimiyyəti elə qorxudub ki, prezidentin köməkçisi də ortaya çıxıb prezidentin xaricdə yaşayan azərbaycanlılara hörmət etdiyini qeyd edib. Qəribə iddiadır. Köməkçi demək istəyir ki, Azərbaycan respublikasının prezidenti öz vətəndaşlarına hörmət edir! Bəs hörmət etməyə bilərdimi, yoldaş köməkçi? Əli Həsənovdan soruşun…

 

Amma əgər bu hakimiyyət həqiqətən də sosial şəbəkədəki üsyandan qorxursa, deməli Azərbaycanda ənənəvi medianın sonudur.

 

(c) Mirzə Xəzər

__________________________________

 

Bəs Azərbaycan xalqının törtöküntüləri-otxodları kimlərdir? Xaricdə bel büküb ailəsini dolandıranlar, yoxsa Azərbaycanı biabır edən bisavad məmurlar? Xaricdə yaşayan Ibrahim Agaoglu adlı həmvətənlimiz saytımıza bu məktubu göndərib:
“Xarici dövletlerde Azerbaycanın imicini bazarlarda işleyen hemyerlilerimiz deyil, tam eksine, beynelxalq tedbirlerde Azerbaycanı temsil eden resmi nümayende heyeti formalaşdırır. Bele ki, ecnebiler, ölkemizi temsil eden qarnıyoğun, lovğa, özünden razı, elmsiz, seviyyesiz, heç bir xarici dil bilmeyen, Avropa ve Amerika tehsili olmayan danışanda teref müqabili ile ara mesafesi saxlamayan ve ağızlarından etrafa tüpürcek ifraz eden alverçi tefekkürlü şorgöz memurlar komandası formalaşdırır. Neticede ecnebiler, Azerbaycan dövletinin resmi nümayendelerinin seviyyesini görerek, ölkenin diger vetendaşlarına qiymet verirler. Onlar yanlış olaraq düşünürler ki, eger bir dövletin ziyalısının, memurunun, deputatının seviyyesi budursa, onda onun fehlesinin seviyyesi necedir.? Ecnebiler anlamırlar ki, Azerbaycanı temsil edenlerin böyük ekseriyyeti tutduqları vezifelere tehsil ve seviyyelerine göre teyin olunmayıblar. Baxmayaraq ki, onlar özlerini ölkenin qabaqda geden ziyalısı hesab edirler, lakin eslinde onlar xalqın “otxod”larıdırlar. Ölkenin esl ziyalı ve tehsilli tebeqesi her şeyden uzaqlaşdırılıblar ve onlar ailelerini dolandırmaq üçün mecbur olub layiq olmadıqları işlerle meşğul olurlar.

P.S Yazdıqlarım Avropada ve ABŞ-da şexsi müşahidelerim esasında yazılıbdır…”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*