2017-nin təbil səsi gur gəlməyə başlayır: Dərmanlar həm bahalaşır, həm də yoxa çıxır

2017-ci ilin təbil səsi gur gəlməyə başlayır… Valyuta bazarında anormal gərginlik, bankların dollar satmaqdan imtina etməsi, inhisarçı məmurların nəzarətində olmayan sahibkarların müfliszləşməsi  əczaçılıq sahəsini də çalxalayır ki, bu da əhalinin sağlamlığını təhdid edir.

Yeni Müsavat” qəzeti yazır ki, problemlərdən biri müxtəlif adda dərmanların apteklərdən yoxa çıxmasıdır. Əczaçılar bunun səbəbini aptek sahibinin maliyyə vəziyyətinin pisləşməsi ilə izah edirlər: “Bu sahədə inhisarçılıq yaranıb. Bəzi inhisarçı şirkətlər öz apteklərinə dərmanı ucuz, digərlərinə isə baha verirlər. Beləcə daha çox alıcı cəlb edirlər. Bu da bizim gəlirlərimizə təsir edir. Pul olmayanda isə yeni dərmanlar gətirmək çətinləşir. Alınan hər partiya dərmanın qiyməti öncəkindən ciddi şəkildə fərqlənir. Bahalaşma aptekləri sıradan çıxara bilər”.

 

Bəs bundan kim zərər görür?
Yeni Müsavat“ın müxbiri yazır: Alıcılar isə birmənalı olaraq bahalaşmadan qan ağlayır: “Sağlamlığımız üçün baha-ucuz demədən məcbur olub alırıq. Mütəmadi istifadə etdiyimzi dərmanları hər həftə ayrı qiymətdə görürük. Təəssüf ki, imkanı olmayanlar ala bilmir. Bu da insanların sağlamlığına təhlükə deməkdir. Apteklərin qiymət siyasətinə nəzarət olmalıdır. Dövlət dəstək olmalıdır ki, qiymətlər çox artmasın. Çünki insanların çoxunun bahalı dərmanları almağa ehtiyac yoxdur”.
Prezident isə deyir ki, “Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır.” Hansı islahatlar?..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*