Mirzə Xəzər: Yuxudan oyanmaq vaxtıdır. İsrailin “Dəmir günbəz”i Azərbaycana gələcəkmi?

israilin “dəmir günbəz” raket sistemi

Azərbaycan İsraildən “Dəmir günbəz” sistemi alacaq“,”“Dəmir günbəz” İsgəndər raketlərini məhv edə bilər”. “Dəmir günbəz” sözü bir neçə həftədir bəzi deputatların və kütləvi məlumat vasitələrinin dilindən düşmür. Kütləni kütləvi eyforiya bürüyüb. Milli Məclisin deputatı Yevda Abramov hətta elan etdi ki, “Dəmir günbəz” Azərbaycana nəql edilmək üçün hazırdır. APA isə xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında “Dəmir günbəz” Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub. Bu məlumat düzdürmü? Bəs Azərbaycan həqiqətən İsraildən “Dəmir günbəz” raket sistemini alacaqmı? Təəssüflə qeyd etməliyik ki, yox.

Yevda Abramov bildirdi ki, “Dəmir günbəz” sistemi Ermənistanın “İskəndər” raketlərini neytrallaşdıracaqdır: sitat “bu sistem İskəndər raketlərini elə göydə vuracaq və yerə enməyə qoymayacaq”. Çox nikbin bəyanatdır. Nağıla oxşayır! Deputat iki sistemin bir-birindən tamamilə fərqli olduğunu, hər halda, bilmir. Niyə? Cavab verək.

1.    “Eurasianet.org” portalının təhlilinə görə, “Dəmir günbəz” Azərbaycanın ehtiyaclarını qarşılaya bilməz və eyni zamanda çox bahadır.

2.    “Dəmir günbəz”in bir batareyasının qiyməti 50 milyon dollardır. Bir ədəd raketin qiyməti 100 min dollardır. Azərbaycanın neftdən gəliri olmadığına görə belə bahalı macəraya baş vurması çətin mümkündür.

3.    “Dəmir günbəz” raketləri Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketlərini göydə VURA BİLMƏZ! Çünki, “Dəmir günbəz”ə daxil raketlər uzağı 70 kilometr məsafəni qət edə bilir ki, İsrail bu raketlərlə fələstinlilərin buraxdığı katyuşa və əldəqayırma mərmilərini vurmağa qabildir. “İskəndər” raketləri isə 300 kilometr məsafəni qət edə bilir. Britaniyanın “Chanham House” beyin mərkəzinin əməkdaşı Zaur Şiriyev “eurasianet.org”ə belə deyib: “Bu sistemin Azərbaycana faydası yoxdur”.

rusiyanın ermənistana verdiyi “iskəndər” raketləri

 Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*