Qələbə! “Qara bazar”ın evini yıxdılar…

qara
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları valyuta alveri ilə məşğul olan Səbuhi Əliyev və  Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanılıblar. Nərimanov rayonu ərazisində daha bir şəxs – Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb.
Bununla “qara bazar” bağlandı? Yox, bağlanmadı. “Qara bazar”ı icazəsiz alverçilərdən təmizlədilər. “Bazar” davam edir.
Valyuta alveri ilə məşğul olmaq istəyənlərin nəzərinə! Banklardan icazə almadan “Qara bazar”a  girməyin, sizi tutarlar!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*