Dünyadan bixəbər rəis: Mədət Quliyev “qara bazar” prosesini necə başa düşür?

madat

Çox maraqlıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev “qara bazar”la əlaqədar jurnalistlərə dərs keçib: sitat “”qara bazar”la bağlı proseslər bütün dünyada gedir”. Bəs Azərbaycanda “proseslər” gedirmi? DTX rəisi deyir ki, “Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir.” Hansı proses, rəis? Azərbaycanda “qara bazar” var, yoxsa yox? Rəis: “təbii ki, burada da  “qara bazar” var idi”. Var idi? Bəs nə oldu? Bitdi? Cəfəngiyyatdır!

DTX rəisi bildirib ki, ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib: sitat “Bununla bağlı müxtəlif cinayət işləri qaldırılıb, müəyyən adamlar artıq saxlanılıb. Digərlərinin saxlanması istiqamətində addımlar atılır”.

Müəyyən adamlar saxlanılıb. Addımlar atılır…”Qara bazar” isə çiçəklənir! Özü də gizlində yox, göz qabağında!  “Qara bazar”ın kökü banklarda,  başı elə yuxarılardadır ki, oralara DTX əl gəzdirə bilməz. Qoymazlar!

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*