“Milli liderlər, dövlət rəhbərləri millətin son maraqlarını öz emosiyalarına qurban verən andan onun çökməsi başlayır”

bir-milyon-turk-lirasi_467243

“Tarixə nəzər salıb, nəticə çıxarmaq bu qədərmi çətindi?” – TƏHLİL…

 

“Dövlət rəhbərləri millətin son maraqlarını öz emosiyalarına qurban verən andan onun çökməsi başamalıdı…”

Bu gün FB dostlarımızdan, eyni zamanda gün ərzində Türkiyə, Rusiya, Azərbaycandan tələbələrimizdən, aspirantlardan, mütəxəssislərdən ciddi bir sual gəlir, əcəba, Türkiyənin dollardan imtina etməsinə necə baxırsınız?
Məsələnin regionun inkişafına, ölkələrimizin taleyinə ciddi təsir edə biləcəyini nəzərə alaraq daha dərin təhlilinə qərar verdim.
Əvvəla onu deyim ki, Türkiyənin bu işə qoşulmasına mənim fikrim və hesab edirəm məsələnin mahiyyətini dərindən dərk edənlərin hamısının fikri mənfidi. Çünki, bu gün üçün hər kəs razılaşsa da icrası mümkün olan şey deyil. Bütün valyutalar dollara – ən güclü valyutaya bağlıdı. Valyutaların kurslarını dollarla müəyyən edib, bir-biri ilə alış veriş yapacaqlarsa, korrespondet hesablar necə qurulacaq. Rezerv pullar hansı valyutada saxlanılacaq, BVF və SDR iştirak etmirsə, yeni rezerv valyutasının kurslarına kim cavab verəcək. İranla Rusiya və Çin öz aralarında neçə illərdi ki, etmək istəyirlər və Türkiyə bankirlərinin xəbəri olmamış deyil ki, bu böyük korrupsiya alətinə çevrildi, pulların köçürülməsi iş adamları ən azı 5%-ə başa gəlirdi. Əcəba, Türk qardaşlarımız hazırdılarmı bu alverə, yəni korrupsiyaya, yolsuzluğa – kommunistlərlə müsəlmanların alveri rüşvətsiz keçinməsi çox təsadüf ola bilər. Yoxsa, Türkiyədə heç müzakirəyə çıxarılmayıb bu məsələ? Dünya bazarlarında o valyuta liderlik edə bilər ki, bütün rəqabət göstəricilərinə görə başqalarından üstün olsun. İstehsalın həcmi, qızıl və valyuta ehtiyyatları, maliyyə resursları, iqtisadi potensial, siyasi çəki, beynəlxalq qurumlardakı çəki, SDR-də pay və s. Bu göstəricilərin hamısı ABŞ dollarının xeyrinədi. Türkiyənin müttəfiq olmaq istədiyi bütün ölkələrin hamısının gücü bir yerdə yenə də ABŞ-ın iqtisadi potensialından xeyli aşağıdı. Nə vaxt ki, bütün müttəfiqlərin bir yerdə gücü ABŞ-a çatacaq, dərhal bunun haqqında müzakirə asçmaq olar. Dolların iqtisadi gücü yalnız ABŞ-ın müqayisə olunmaz iqtisadi gücü ilə deyil, həm də Beynəlxalq qurumlardakı (BVF, DB, AİB, AİYB, hötta İİB) ən yüksək payı, bu valyutaya insanların etibarı, kommunikasiyaların hamısının ABŞ-a məxsus olması və s. digər amillərlə də əlaqədardı. 220 ildən çox tarixində dollar lirənin və ya rublun bir aylıq devalvasiyasına uğramaylb. Yalnız R. T. Ərdoğanın hakimiyyəti dövründa Türk lirəsi 3 dəfədən çox dəyərdən düşüb, hələ lirənin 1000000 lara çatdığı vaxtları demirəm. Bütün kommunikasiyalar, virtual dünya ABŞ-a məxsusdur. İnternetsiz hansı istehsalçı, nəqliyyat vasitəsi, rabitə, banklar, valyuta köçürmələri işləyə bilər? SWIFT başlıca köçürmə kanalına nəzarət yenə də bu ölkəyə məxsusdu. İran vaxtı ilə yalnız SWİFT-dən çıxarılanda bir gecəyə milli valyutası iki dəfəyə yaxın devalvasiya olmuşdu və faktiki olaraq ölkənin iqtisadiyyatı iflic vəziyyətinə düşmüşdü, beynəlxalq transferlər orta əsrlərdəki kimi sərraflar vasitəsilə torbalarda daşınmağa başlamışdı. Iran tez səhvləri düzəldə bildi və yenidən normal hesablaşmaları bərpa etdi. Analoji səhvləri Türkiyə də etmək istəyirsə, bu Türk iqtisadiyyatına çox baha başa gələcək. Həm də müsəlmanlar hələ ki, yuxudadı, ABŞ başqa planetlərin zəngin resurslarına yiyələnib, o resurslar ki, yer kürəsinin bütün resurslarından xeyli çoxdur.
Mən Anadolu türklərinin millət yolunda fədakarlığını çox yüksək dəyərləndirirəm, hər bir türk öz dövləti yolunda nəinki dollardan, hətta həyatlarından keçməyə hazırdı.
Amma hər bir qurbanın bir məqsədi və nəticəsi olmalıdı. Əgər bu yalnız ehtirasını, emosiyalarını sakitləşdirmək üçün edilirsə, çox pisdi. Milli liderlər, dövlət rəhbərləri millətin son maraqlarını öz emosiyalarına qurban verən andan onun çökməsi başamalıdı, bu çox təhlükəlidi. Əgər Amerika təhlükəli düşmən olsaydı mən də gəlib Anadolu qardaşlarımıza qoşulardım. Amma ABŞ həmişə Türkiyə ilə bir cəbhədə olmuş, Türkiyəsiz heç bir beynəlxalq məsələ həll etməmişdi, indi də NATO kimi nəhəng gücün iki ən vacib qanadlarından biri ABŞ – dırsa, digəri Türkiyədi. Türkiyə kimi ABŞ-a zəruri olan ikinci qüvvə də yoxdur. Digər tərəfdən, mənim gördüyüm, təhlillərim bir qanunauyğunluğu isbat edir: ABŞ hansı məmləkətdə oturmuşdursa orada inkişaf, çiçəklənmə, insana hörmət, yüksək rifah var, harada ki, əks qütblər meydan sulayır, orada ölüm, dəhşət, müharibələr, aclıq, səfalət var. Uzağa getməyə ehtiyac yoxdu, Qərbi Almaniya ilə Şərqi Almaniyanı, Cənubi Koreya ilə Şimali Koreyanı, Sinqapurla Kambocanı, BƏƏ ilə Yəməni, ya elə Suriyanı, və ya Venesuela, Kuba və s. müqayisə etsəniz mənim izahatıma ehtiyac qalmayacaq. Cənubi Koreyanı kommunist rejimindən azad edən və Şimali Koreya hücumlarından xilas edən əsasən ABŞ-la Türkiyə olub, təbii ki, Avropada iştirak edib, amma canlı qüvvə ilə əsas döyüşənlər bu iki dost ölkə olub. Bu xalqlar ayrılan vaxtı Cənubi Koreya dünyanın ən kasıblarından biri olub (adambaşına ÜDM – 65 dollar), əsas təbii resurslar, iri zavodlar, yararlı torpaqlar da Şimalda qalıb. Həm də Türkiyənin yaşayış şəraiti və iqtisadi gücü o vaxt on dəfələrlə Cənubi Koreyadan yüksək olub. İndi Cənubi Koreya (Təqribi Azərbaycan qədər ərazidə) Şimali Koreyadan 50 dəfə, Türkiyədən 2 dəfə, Rusiyadan 1.25 dəfə, Azərbaycandan isə 45 dəfə çox məhsul istehsal edir. Bunun hamısı ABŞ-ın birbaşa dəstəyi ilə həyata keçirilmişdir. Kommunistlər aydındı, niyə geri qalır, Ş̧imali Koreya dünyanın ən geridə qalmış ölkəsidi, Cənubi Koreya isə ən inkişaf etmiş ölkələrindən biridi. Amma Türkiyə niyə bu nəhəng potensialdan istifadə edib inkişaf etmiş ölkələr sırasına daxil ola bilmədi, bu sual çox müəmmalıdı və hər bir türkü düşündürməlidi. Səbəb əcaba bu günkü əhvalat növündən deyil ki…
ABŞ-da indi 10 trilyona yaxın sərbəst vəsait toplanıb qalıb, bir o qədər də Avropa ölkələrində. Hətta bir çox ölkələrdə kreditlər tarixdə ilk dəfə olaraq mənfi faizlə verilir. Türkiyədə isə dollardan azad olub, rublu, lirəni …. işlədərək 8-15%-lə kreditlə vətəndaşlarını soyurlar (baxın müsəlman ölkəsi – faiz haramdı 8-15%, xristian ölkələri mənfi faizlə verirlər-faiz haram deyil). Həm də bu günkü qədər Türkiyədə investisiyalara böyük tələbat olmamışdı. Təhlillərdən yalnız emosiyalar hiss olunur və görünür.
ABŞ çox kəskin şüaları olan günəşə bənzəyir, agılla yanaşanı işığa qərq edir, cənnətə çevirir, yanlış yanaşanı isə özünü lampaya çarpan kəpənək kimi külə döndərir. Tarixə nəzər salıb, nəticə çıxarmaq bu qədərmi çətindi? ABŞ-ın iki-üç vətəndaşının hasil etdiyini 80 milyon Türkiyəli, 10 milyon da Azərbaycanlı birlikdə edə bilmir. Türkiyə, Rusiya və Azərbaycanın cəmi bir yerdə büdcələri ABŞ-ın büdcəsinin profisit (defisitindən) xeyli azdı. Emosiyalar nə qədər gözümüzü qapayıb ki, bizə dost kimi yanaşan belə nəhəng potensialdan istifadə etməyək?
Saleh Məmmədov, 
keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, professor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*