Mirzə Xəzər: Dünya tufana doğru gedir. Donald Tramp bir cümlə ilə Çini yerindən oynatdı

tramp8

Əhvalat belə vaqe olur. Bu günlərdə Donald Tramp Çinin qanunsuz saydığı Tayvan prezidentinə zəng etdi. Çin hökuməti qəzəbləndi, etiraz etdi və Donald Trampı “siyasətdə naşı” olmaqda təqsirləndirdi.  Çünki, Amerika hökuməti rəsmən Tayvanı Çinin bir hissəsi hesab edirdi. Bafrak Obama etiraza cavabında dedi ki, Vaşinqtonun Tayvan siyasətində dəyişiklik olmayıb. Hələlik. Donald Tramp borclu qalmadı. Sosial şəbəkə-Tvitter hesabından Çinə “şapalaq” ilişdirdi. “Şapalaq” cümlə budur:

“Çin milli valyutasını devalvasiya edərək Amerika şirkətlərinin rəqabət gücünü sarsıdaraq, mallarımıza yüksək vergi qoyarkən və Cənubi Çin dənizinin ortasında hərbi baza tikərkən bizdən soruşdumu? Yox, heç zənn etmirəm”.

Qeyd edək ki, ABŞ Çin mallarından vergi almır, amma Çin ABŞ mallarını vergiyə tabe etdirib. Deməli, Çin Amerika bazarını maneəsiz ələ keçirir, ancaq Amerikanın öz bazarına girməsinə maneçilik edir. Ağıllı çinlilər!

Dünya yeni, Tramp mərhələsinə qədəm qoyur. Belə görünür ki, Tramp vəzifəyə başladıqdan sonra dünyada çox şey dəyişəcək.Tramp siyasətçi olsaydı, onun addımlarını qabaqcadan hesablamaq  mümkün olardı. Amma Tramp siyasətçi deyil, İŞ adamıdır. Və Amerikanın dünyada hegemon mövqeyini əldən vermək niyyətində deyildir. Dünya hələ buna hazır deyil. Tufanın ilk rüzgarı artıq hiss olunur.
Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*