Lələtəpə nağıldır, Suriya erməniləri Zəngilanın Xanlıq kəndində məskunlaşır

 

zungulanVirtualaz.org” xəbər verir ki, Almaniyanın “Deutschlandfunk” qəzetinin müxbiri Naomi Konrad həmin ərazilərdə olaraq Suriya ermənilərinin Azərbaycana məxsus bu ərazilərdə necə yaşadığını araşdırıb.

zengilan1

Jurnalist yazır ki, kəndin xarabalıqları arasında 100-ə qədər yeni tikilmiş ev gözə dəyir. Qışda bəzən günlərlə ətraf aləmdən təcrid olan kənddə Suriya erməniləri də məskunlaşdırılıb. Onlardan biri Ayk Xaçaturyan deyir ki, Suriyada həkim işləyirdi və yaraqlılar onu tutanda müsəlmanlığı qəbul etməyi tələb ediblər, əks halda başını kəsəcəklərini deyiblər. Bununla belə Xaçaturyanı bir neçə saat sonra buraxıblar və o, dərhal ailəsini də götürüb Qarabağa köçür. İndi Xaçaturyan Azərbaycan kəndində tikilmiş xəstəxanada işləyir.

Kənddə Suriyadan və Livandan olan 20 erməni ailəsi yaşayır. Qarabağda məskunlaşdırılan suriyalı erməni ailələrinin sayı isə cəmi 100-ə yaxındır. Qəzet yazır ki, bu ilin aprelində Qarabağda döyüşlər başlayanda Suriya ermənisi Xaçaturyan da könüllülərin dəstəsində ön xəttə yollanıb. Xaçaturyan və digər Suriya erməniləri ona görə başqa suriyalılar kimi Avropaya deyil, Qarabağa qaçıblar ki, onun dediyi kimi, burada “hökumət” onlara hər cür dəstək verir, ev tikir.

prezident-sarayiXankəndi: “prezident sarayı” (foto Naomi Conrad deutschlandfunk.de

İrəvandakı Qafqaz İnstitutunun  direktoru Aleksandr İsgəndəryan deyir ki, Suriya erməniləri sülh danışıqlarının nəticələrinə əsasən Azərbaycana qaytarılmalı olan ərazilərdə, yəni Dağlıq Qarabağ ətrafındakı rayonlarda məskunlaşdırılır. Ancaq onun fikrincə, Dağlıq Qarabağın özünün razılığı olmadan bu əraziləri qaytarmaq çətin məsələdir. İsgəndəryan deyir ki, Azərbaycan bu ərazilərdə məskunlaşmaya qarşı çıxır və bu aydındır. 

Dağlıq Qarabağın qondarma “baş nazirinin” köməkçisi Artak Bəyləryan isə Suriya ermənilərinin danışıqların şərtinə görə Azərbaycana qaytarılmalı olan Zəngilan rayonunda və digər ətraf ərazilərdə nədən məskunlaşdırıldığı barədə jurnalistin sualına cavab verərkən deyir ki, həmin ərazilər “Dağlıq Qarabağ respublikasına” məxsusdur. Çünki “konstitusiyada” belə yazılıb. “Biz hansısa regionun qaytarılması barədə danışıqlar aparmırıq”-separatçı rejimin nümayəndəsi deyir. Bəyləryan gizlətmir ki, bu ərazilərdə məskunlaşdırmaqda aparmaqda məqsəd həmin torpaqların ermənilərə məxsusluğu haqda zəmin hazırlamağa xidmət edir. “Nə qədər çox adam yaşasa deməli torpaqlar üzərində də daha çox hüquq yaranacaq”-o deyir.

 

map

foto: deutschlandfunk.de

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*