Akif Çovdarov niyə qurban verilib? Ruslan Çovdarov mətbuatı təkzib edir

chovdar3

Akif Çovdarovun oğlu təkzib edir: “Bizim bir evimiz var”.

 

Yeni Müsavat” – “Evin tək oğlusuz. Amma ailə üzvlərinizin adı bu yaxınlarda mətbuatda daha çox hallandı. Daha çox əmlak siyahısı yayımlananda. Məlum oldu ki, bazarın yarı hissəsi bacınızın adına idi. Başqa əmlaklar ananızın, sizin adınıza olub və sair. Bu qədər əmlakı atanız ailə üzvləri arasında bölüb?
Ruslan Çovdarov – Xeyr. Tamamən yanlış informasiyadır. Öncə qafqazinfo.az saytında belə xəbər çıxdı ki, Akif Çovdarovun 26 milyonluq əmlakı var. Bir həftə üstündən keçəndən sonra ya lent.az, ya da APA-da belə xəbər yayıldı ki, Akif Çovdarovun 33 milyonluq əmlakı var. Mən dost-tanış arasında dedim ki, tələsməyin, gələn həftə 40, ondan sonrakı həftə 50, sonra 60 milyona qaldıracaqlar bunu… Artıra-artıra 100 milyona qədər çatdıracaqlar. Siz özünüz də bilirsiz ki, yazını maraqlı etmək, oxutmaq üçün belə şişirtmələrə yol verir həmkarlarınız. Qaldı ki, əmlaklara, atamla mən eyni evdə yaşayırıq. Bizim bir evimiz var, içində yaşadığımız. Bir də dövlət tərəfindən verilən yeni tikilidə bir mənzilimiz var. Bir də bağımız var. Olan əmlakımız budur. Mənim iki bacım var, hər biri ailəlidir, ayrı-ayrı ailələr sayılırlar. Yeznəmin biri uzun müddət Rusiyada işləmiş iş adamıdır. Bayaq da sual verirsiz ki, nəylə dolanırsız? Təbii ki, bu günə qədər görülən işlərlə, bizneslə. Yeznəm orda atamla birgə taxta-şalban biznesində olub. O biri yeznəm də Gürcüstanda tanınmış, imkanlı, ziyalı ailədəndir. Əmircanov nəslindəndir.”

 

Şərh: Ruslan Çovdarov səmimi səslənir. Ölkə başdan-başa korrupsiyalaşıb. Kimin əli kimin cibindədirsə, heç kimin vecinə deyil. Lakin ən maraqlısı bu deyil. Odur ki, bu MTN və Beynəlxalq Bank qalmaqalı ayrı bir məzəli qalmaqaldır. Dövlətin təhlükəsizliyini təmin edən nazirliyin bir sıra general və zabini həbsdə yatır, ancaq bu general və zabidlərin “ali baş komandanı” Eldar Mahmudov azadlıqda gəzir. Niyə?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*