İnanılmaz iddia: Eldar Mahmudov-Rza Zərrab-Babək Zəncani şəbəkəsi?

 

maxmud“MTN işi”ndə sürpriz isim – Səbailin keçmiş icra başçısı Eldar Mahmudovun çirkli pullarını yuyub?

 

 

AzToday” portalı iddia edir ki, guya Eldar Mahmudovun rəhbərlik etdiyi qlobal şəbəkə hətta beynəlxaq miqyasda ağır cinayətlər törədib.

“AzToday” portalı iddia edir ki, guya Eldar Mahmudovun rəhbərlik etdiyi qlobal şəbəkə hətta beynəlxaq miqyasda ağır cinayətlər törədib.

 
AzToday.az iddia edir ki, ABŞ sanksiyaları qüvvədə olan illərdə İran neftini qanunsuz yolla dünya bazarına çıxaran Eldar Mahmudovun Rza Zərrabın və Babək Zəncani şəbəkəsi ilə də əlaqəli çalışması ilə bağlı məlumatlar var. Bu barədə AzToday.az-ı məlumatlandıran mənbə bildirir ki, Eldar Mahmudovun iranlılarla digər ortaq işlərindən biri də çirkli pulların yuyulması məsələsi olub.

 
Çirkli pulların yuyulması məsələsi birbaşa Eldar Mahmudovun şəxsi nəzarətində olub və bu işlə bir çoxları üçün sürpriz bir şəxs olan məşğul olub. Mənbənin AzToday.az saytına verdiyi məlumatda bu şəxsin Səbail rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov olduğu bildirilir. Qeyd olunur ki, birbaşa Eldar Mahmudovun nəzarəti altında Rüstəm Məmmmədov yüz milyonlarla dollar vəsaiti “yuyub”. Bəzi texniki məsələlərdə isə ona hazırda məkəməsi gedən general Akif Çovdarov məşğul olub.

 

 

Mənbənin verdiyi məlumata görə, guya Beynəlxalq bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə sıx əlaqələri olan Rüstəm Məmmədov MTN dəstəsi ilə də bu xətt vasitəsiylə tanış olub. Elə çirkli pulların yuyulması işinə Rüstəm Məmmədovun gətirilməsi təklifini Cahangir Hacıyev irəli sürüb. Bir aylıq araşdırmadan sonra MTN rəhbərliyi Rüstəm Məmmədovla iş qurmağın mümkünlüyünü qəbul ediblər. Rüstəm Məmmədova eyni zamanda İran əlaqələrindən istifadə edərək neft biznesinə başlamağı tövsiyyə ediblər.

 

 

Mənbə qeyd edir ki, Rüstəm Məmmədov qarşısına qoyulan vəzifənin öhdəsindən uğurla gəlib. Səbailin keçmiş başçısı çirkli pulların yuyulması üçün İranda biznes şəbəkəsi qurub. Və bu biznesi genişləndirmək üçün ona pul lazım olanda, məhz Beynəlxalq Bankdan ona milyonlarla dollar həcmində kredit ayrılıb. Mənbə bu kreditlərin ayrı-ayrı adamların adına verildiyini bildirərək qeyd edib ki, həmin kreditlər hələ də geri qaytarlımayıb və krediti alan şəxslər ölkəni çoxdan tərk ediblər.

 
Beynəlxalq Bankdan milyonlarla dollar həcmində kredit alan Rüstəm Məmmədov isə  İrandakı biznes şəbəkəsini daha genişləndirib və onun biznes şəbəkəsi nə qədər artıbsa, çirkli pulların yuyulması prosesi də o qədər də aktivləşdirilib.

 
Mənbənin dediyinə görə Rüstəm Məmmədov dəfələrlə Badamdar qəsəbəsində Akif Çovdarovla və Eldar Mahmudovun bağ evində nazirin özüylə görüşərək hesabatlar verib və gördüyü işlərlə şeflərini tam razı sala bilib. Hər zaman ehtiyatlı tərpənməyi bacaran Rüstəm Məmmədov MTN rəhbərliyinin həbsindən sonra bir müddət Azərbaycandan kənarda olub və MTN-lə əlaqəli biznes əlaqələrini ört-basdır edəndən sonra yenidən Bakıya qayıdıb.

 
Qeyd: Bu iddiaları sübuta yetirmək çox çətindir. Rüstəm Məmmədova gəldikdə, Səbaelin keçmiş icra başçısı 2012-ci ildə rəsmi “Azərbaycan” qəzetinin hədəfinə tuş gəlmişdi. Lakin beynəlxalq “alverçi” kimi yox, şair Ağa Laçınlının Badamdar qəsəbəsində 6 sot torpaq sahəsini zəbt edərək onu öz anasının adına çevirən xırda bir qudurmuş  məmur rolunda peyda olmuşdu.

 

6 sot torpaq sahəsini zəbt edən xırda məmur və MTN üçün İran ilə yüz milyonlarla dollarlıq “qara para” əməliyyatını həyata keçirdən ikinci “Babək Zəncani”? İnanılmaz iddia və ağır ittihamdır. Əgər bu faktlar təsdiqini taparsa,  Azərbaycanın  adı beynəlxalq səhnədə hallana bilər…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*