Talan vadisi-Azərbaycan: köhnəsi həbsdədi, “Aztelekom”a yeni rəhbər

rabita

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Suat Paşayevi “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

“Aztelekom”un baş direktoru “Rabitə işi” ilə bağlı hazırda həbsdə olan Məhəmməd Məmmədov olub. Piyadələri dəyişdilər, iri daşları qorudular. Talan piramidasından bir neçə kərpici təzələrini ilə əvəz etdilər. Və yenə köhnə üsulla dövləti soymaqda davam edəcəklər. Sistem korrupsiyadan qidalanır. Qidalanmasa, sistem pozular, piramida dağılar…

Bax, belə. Hərdən bir isə beş-altı xırda zir-zibili qurban verib kütlənin gözünə kül üfürəcəklər.

Kütlə isə qibtə ilə bunlara baxıb həsəd aparacaq…Çünki, bura Azərbaycandır…

Mirzə Xəzər

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*