Ərdoğan: Dağlıq Qarabağda olduğu kimi Suriya və İraqda da zorakılığa qarşıyıq

erdo
Türkiyə Dağlıq Qarabağda, Əfqanıstanda, Kiprdə və Balkan ölkələrində olduğu kimi Suriya və İraqda da zorakılığa qarşıdır.
Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, heç kim Türkiyəyə regiondakı hadisələrə müdaxilə etməməli olduğunu demək hüququna sahib deyil: “Hələbdə bombardman zamanı həlak olan uşaqlar üçün göz yaşı tökən hər bir ana və ata bizim bacı və qardaşlarımızdır. Mosulda, Təl-Afarda və digər şəhərlərdə terror təşkilatlarından zərər çəkən insanlar bizim ailəmizin üzvləridir”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*