Şok! “Rabitə” mafiyasının məhkəməsində müttəhim kirvələr bir-birinə qarşı ifadə verdilər

rabita

“Rabitə” mafiyasının iki üzvü kirvədir və hər ikisi müttəhimlər kürsüsündə oturub. Bayram Vəliyev və Beytulla Hüseynov həm həmyerlidirlər, həm də kirvədirlər. Hər ikisi Naxçıvanın Sədərək regionundandır. Yaxın münasibətlərə baxmayaraq, məhkəmə prosesi zamanı kirvələr bir-birinə qarşı ifadə verərək, canını qurtarmağa çalışmışdır.

 

Məsələn,  “Bakı Rabitə Təmir Tikinti” MMC və “Təmir Təchizat Servis” MMC şirkətlərinin formal rəhbəri olan Bayram Vəliyev noyabrın 30-da məhkəmədə ifadə verərək yeyintilərin bütün günahını öz kirvəsi və yerlisinin təpəsinə qoymağa çalışmışdır:

 

sitat “Bakı Rabitə Təmir Tikinti” MMC və “Təmir Təchizat Servis”MMC şirkətlərini təsis edərək Beytulla Hüseynovla işləməyə başlayıb: “Gömrükdə işləyirdim, işdən təzə çıxmışdım, iş axtarırdım. İşə düzəlmək üçün Beytulla müəllimə müraciət etdim. Hər iki şirkət mənim adıma rəsmilışdirilsə də, faktiki olaraq Beytulla Hüseynova məxsus idi. Hər iki müəssisə BTRİB-in tərkibində olub. Beytulla müəllimin göstərişlərini yerinə yetirmişəm. Tenderlərdə həmin şirkətlərin qalib olmasını təmin edirdi. Mən Beytulla Hüseynovun əmrlərini yerinə yetirmişəm, 1000 manat maaş, 1500 manat isə “paket” alırdım. Tender və kotirovka sənədləri ilə məşğul olmurdum, özləri həll edirdi, sadəcə qol
çəkirdim”.

 

Beytulla Hüseynov isə göstərişləri öz yerlisi rabitə naziri Əli Abbasov ilə “yuxarılardakı”  rəhbərlərin üstünə atır. “Rəhbərliyə 22-24 milyon göndərdim” deyən də elə bu Beytulla Hüseynovdur.

 

Azərbaycanda Kirvə mafiyası da var imiş!!!

 

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*