Rus zabitləri:“Türkiyə hərbçilərinə hücum edən biz deyilik” – Təhlil

 

sb

Suriya ordusu HHQ-nin Xoms əyalətindəki bazası 

©RİA Novosti, İlya Pitalyov

 

Dəniz Zeyrək

Hurriyet (Türkiyə), 25.11.2016

 

Türkiyə SQ-nin birləşmələri Suriya ərazisində hava həmləsinə məruz qaldıqdan sonra Ankara, İncirlik, Hələb və Moskva bir müddət gərginlik içində donub qaldı.

Hücumdan sonra Rusiya Türkiyə ilə tam şəkildə əməkdaşlıq edib, lakin Türkiyə bu olaya ehtiyatla yanaşıb. Hücumun isə noyabrın 24-ə, yəni Rusiya təyyarəsinin məhv edilməyinin ildönümünə düşməsini “Rusiya və Türkiyəni yenidən üz-üzə gətirmək cəhdi” kimi şərh olunur.

Hürriyeti məlumatlandırmış qaynaqlara əsasən, hücum anından bəri sıradakı hadisələr baş verib.

 

Qırıcılar havaya qaldırılıb

 

Hücum edilmiş birləşmə baş vermiş hadisə haqda işarə ilə Əməliyyat Mərkəzinə “təcili” xəbər verib. İncirlikdə yaxalayıcı qismində yerləşən (və 13 dəqiqədə havaya qalxmaq üçün hazır durmuş) iki qırıcı havaya qalxmaq əmri alıb. Təyyarələr vaxtında qalxıb və həmlənin baş verdiyi bölgəyə yönəlib. Onlar uçuş əmri aldıqları andan keçən vaxtda hadisə yerinə çatarkən hücumu həyata keçirmiş təyyarə Hələb aeroportunda yerə enib. Qırıcılar bir müddət Suriya hava məkanında olub və sonra bazaya dönüb.

 

Rusiya tam şəkildə əməkdaşlıq edib

 

Ankara birbaşa xətlə Rusiya hərbi instansiyaları ilə əlaqə yaradıb. Bu xətt Rusiya ilə Türkiyə arasında etimadın möhkəmləndirilməsi tədbirlərindən biri kimi yaradılıb ki, Rusiya təyyarəsinin məhv edilməsi  ilə bağlı böhrana son qoyulsun. Gələn ilk cavab “Bu biz deyilik” olub. Hücum etmiş təyyarənin endiyi aeroportun və onun uçduğu bazanın Rusiyanın nəzarəti altında olduğu bilindikdən sonra Rusiya rəsmiləri xəbər veriblər ki, vəziyyəti aydınlaşdırır və məlumatı Türkiyə tərəfinə təqdim edəcəklər. Rusiyalı komandir müəyyən vaxtdan sonra məlumat verib: “Bu, Suriya ordusuna məxsus “Albatros” tipli təyyarə olub”.

 

Üçüncü cəbhə açmaq cəhdi

 

Hökumət və prezident üçün Ankarada keçirilmiş brifinqlərdə sıradakı faktlar ön plana çıxıb.

Rusiyanın bu həmlə ilə bağlı olduğu və yaxud yönəltdiyi haqda hər hansı məlumat yoxdur. Əksinə, Rusiya ordusunun zabitləri əvvəldən axıra kimi bizimlə əməkdaşlıq ediblər.

Həmlənin 2015-ci il noyabrın 24-də türk qırıcısının Rusiya hərbi təyyarəsini vurduğu gündən tam bir il sonra baş verməyi təsadüfi deyil. Ola bilsin, Əsəd ordusu Rusiyadan pərdə kimi istifadə edib. O, bir tərəfdən noyabrın 24-də hücum etməklə Rusiyanın narazılığını doğurmayıb, digər tərəfdən kozır qismində bu faktdan yararlanıb ki, Türkiyə istənilən cavab reaksiyası zamanı Rusiya ilə yaxalaşacaq.

Bu hücuma görə Suriya ilə münasibətlərdə gərginliyin artmağa başlayacağı halda Türkiyə İŞİD“Demokratik Birlik” partiyası (PYD)/Xalq özünü müdafiə dəstələrindən savayı bölgədə daha bir cəbhə açmağa məcbur olacaq. Hətta bu cəbhənin o biri tərəfində Rusiya da olacaq.

Türkiyənin “Fərat qalxanı” əməliyyatında havadan dəstəyin böyük əhəmiyyəti var, Suriya/Rusiya ilə münasibətlərdə yüksək gərginlik isə uzunmüddətli perspektivdə bu dəstəyi neytrallaşdıra bilər.

 

Gəlin, özümüzü aldatmağa yol verməyək

 

Türkiyə SQ bundan sonra da bu hadisə haqda bütün konkret məlumatları araşdıracaq və NATO, müttəfiqləri tərəfdən texniki dəstək alıb bu hücumun mənzərəsini tərtib edəcək. Pərdəarxasında Rusiyanın durduğu aydınlaşsa, diplomatik kanallarla addımlar atılacaq. Hərbi qaynaqlar bölgədəki hərbi hadisələrin fonunda deyir ki, qısamüddətli perspektivdə cavab verilməyəcək. Lakin baş nazir Binəli Yıldırım kimi qeyd edirlər ki, günahkarların müəyyən edilməsi ilə vaxtında və lazımi cavab veriləcək.

Tərcümə: strateq.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*