Ölkəsini səfalətə düçar edən “inqilabçı”-diktator – Fidel Kastro da belə getdi…

kastro6
Fidel Kastro da dünyanı tərk etdi. 55 il Kubanı təkbaşına və özbaşına idarə etdi. İtaət etməyənləri gedər-gəlməzə yolladı. Ölkəni səfalətə düçar etdi, xalqını kölə gününə saldı. Kubanı ovet İttifaqının nökərinə çevirdi. Kremlin əmri ilə Quba silahlı qüvvələrini Afrikanın müxtəlif ölkələrinə göndərdi. Afrika sərgüzəştlərinə minlərlə əsgəri fəda etdi. ABŞ ilə əlaqələri kəsdi və ölkəsini təcrid etdi. Kubanı 55 il öz sevimli oyuncağı kimi oynatdı.
Odlu-alovlu nitqləri ilə məşhur olan demaqoq-diktatorlardan biri də dünyaya əlvida dedi. Kubanın və Kuba xalqının canı qurtardı. Növbədə kommunist partiyasının süqutudur. Kuba xərçəngdən xilas olmuş xəstə kimi dirçələcək. Xalq rahat nəfəs alacaq.  
Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*